Rubio: “Diplomatiya uğursuz olarsa, ABŞ İranla bağlı digər variantlara əl atacaq”
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Prezident Donald Tramp pis bir razılaşma bağlamağa tələsmir”
ABŞ hakimiyyəti Tehranla diplomatik əlaqələrin istənilən nəticəni vermədiyinə inanarsa, İranla bağlı əlavə tədbirlər üçün digər variantlara əl atmaq niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.
ABŞ dövlət katibi Hindistana səfəri zamanı qeyd edib ki, "Prezident Donald Tramp pis bir razılaşma bağlamağa tələsmir. Alternativ variantları araşdırmazdan əvvəl diplomatiyaya tam şans verəcəyik".
Rubio Vaşinqton administrasiyasının İranla bağlı növbəti addımlarına toxunaraq vurğulayıb: "Ya yaxşı bir razılaşmamız olacaq, ya da fərqli bir yanaşma tətbiq etməliyik”.
Dövlət katibi qeyd edib ki, tərəflər hələ də mümkün razılaşmalar üzərində işləyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 25 May 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















