Rüfət Səfərov dələduzluq və xuliqanlıqda ittiham olunur YENİLƏNİB
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hüquq müdafiəçisi Rüfət Səforovun nədə ittiham olunduğu məlum olub.
Lent.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 178.3.2-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.
***
Saat 18:24
Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyi Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.
Bununla bağlı araşdırma aparılır.

