Icma.az
close
up
RU
Ruhumuzu xilas işində ayvazovskilər bizə lazım deyil

Ruhumuzu xilas işində ayvazovskilər bizə lazım deyil

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Qəribə təzadlar dövründə yaşayırıq. Rusiya bizi erməni əsilli rus rəssamı İvan (Ovanes) Ayvazovskinin 2021-ci ilin dekabrında qanunsuz şəkildə qoyulmuş abidəsini Xankəndidən çıxartdığımıza görə mədəniyyətə asilikdə ittiham edir. Şuşanın mərkəzində erməni vandalizminin daş pasportu kimi tarixə möhürlənən güllələnmiş heykəllərin aqibətinə münasibətin adı necə olsun bəs? Görəsən, Azərbaycanı mədəni abidələrlə müharibədə suçlayanlar niyə həmin o məşum vəhşilik aktlarına qarşı çıxmırdılar?

Tarixin dərinlərinə ensələr görərlər ki, hələ XV əsrdə rus səyyahı Afanasi Nikitinin qeydlərində Azərbaycanla, onun başqa millətlərin münayəndələrinə, mədəniyyətinə xoş münasibəti ilə bağlı hansı qeydlər yer alır. L.N.Tolstoy, A.S.Puşkin, S.Yesenin yaradıcılığından Azərbaycana sevgi hansı qızıl xətt kimi keçir. Hətta Çar Rusiyasının dini ədavət yayan imperiya siyasəti Azərbaycan ərazisində çoxkonfessiyalıq mühitində problemlər yaratsa da, bunlar cəmiyyətdə dərin kök sala və əhalinin şüuraltısına əsrlər uzunu möhürünü vurmuş humanizm dəyərlərinə xələl gətirə bilmədi. İsa Məsih şəxsiyyəti Azərbaycanın görkəmli aydınları, sənət adamlarının şüurunda əzəli doğmalığını saxladı və bu xalq yanaşma və münasibətlərində humanist, tolerant qayəyə istinad amilini unutmadı.

İndi Rusiya haqsız olaraq mədəni tolerantlıqdan dəm vurur. Bir daş parçasının sökülməsinə belə etiraz ədasında və təəssübündə olanlar görəsən niyə onlarla insanın tələf olduğu təyyarə qəzasının sonuclarına qatlanmaqdan yayınır?  Azərbaycanın təyyarə qəzasından sonra Rusiyadan kompensasiya tələb etməsinin qarşılığında Kreml bu haqlı tələbə qarşı məsuliyyətsiz davranmaq bir yana, bərabərhüquqlu əməkdaşlıq ruhuna zidd addımlar sərgiləməkdədir. Mədəni mövqe ucalığından bəhs edən Zaxarovalar, Zatulinlər, Solovyovlar, Şvıdkoylar Yekaterinburqda baş verən ekstremizm və zorakılıq proseslərini niyə gözardı edir, miqrantlara qarşı barbar münasibətləri niyə doğru sayır, məşhur jurnalist-ziyalı Mixail Qusmanın Xankəndidə verdiyi suallara görə, işdən çıxarılaraq cəzalandırılmasına niyə etiraz etməyi bacarmır? Buna onların cəsarəti çatmır, yoxsa mədəni-etik əxlaq ölçüləri?!

Azərbaycanda, paytaxt Bakıda onlarla rus məktəbləri var, onlarla Rusiyalı alim, ziyalı, incəsənət xadiminin heykəli, adlarına küçələr var. Bəs Rusiyada Azərbaycanın hansı şair, yazıçı, rəssamının heykəli var? Buyursunlar, bu imperiya təfəkkürlü sənət aşqləri Aşıq Ələsgərin abidəsini ucaltsınlar, sonra bizə mədəniyyət dərsi keçməyə çalışarlar. Mən İrəvanda ucaltsınlar demirəm, çünki onsuz da o abidəni İrəvanda özümüz yaxınlarda ucaldacağıq!

Dünyada bestsellerə çevrilmiş məşhur bir Azərbaycan romanı var: “Əli və Nino”. Müsəlman Əli ilə xristian Ninonun sevgi macərası üzərində qurulan romanda Azərbaycanın siyasi elitasına daxil insanların toplaşdığı bir yığıncaqda dövrün gərgin siyasi təlatümlərinə münasibət bildirən nüfuzlu şəxs - Bakı milyonçusu, neft maqnatı Ağa Musa Nağıyev deyir: “Mən yaşlı bir adamam... Gördüklərim, eşitdiklərim məni çox kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də ölkəmizdən bizə lazım olmayan naqislikləri təmizləməyə çalışırıq. Bu, pis şey deyil! Tutaq ki, kimsə bizdə məktəb, yaxud xəstəxana açıb. Amma orada yalnız boş şeylər tədris edilirsə, o məktəb kimə və nəyə lazımdır? Yaxud bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası var? Bizim ruhumuz Tanrıya doğru getmək istəyir”.

İndi biz yaralarımızı sarıb yalnız bədəni müalicə etmirik, həm də ruhumuzu xilas etməyə çalışırıq. Bu xilas işində “tufan” təbliğatçıları İvan Ayvazovskilər çətin bizə kara gələ. Ona görə də bizim hər kəsə deyiləcək sözümüz, veriləcək cavabımız var. Yalnız ona görə yox ki, biz öz torpaqlarımızın sahibiyik, kimin heykəlinin orda qalıb qalmaması da müstəqil siyasət aparan ölkə kimi bizim daxili işimizdir. Həm də ona görə ki, indi sahib olduğumuz torpaqlarımız otuz ilə yaxın işğal prosesində olanda və orda təcavüzün bütün çeşidləri təcrübədən keçiriləndə, hətta ən ekstremal şəraitdə belə, biz ilk növbədə ali insani duyğuların və nəhayət, beynəlxalq hüquq normalarının qorunmasına çağırış motivləri səsləndirib gözləmə mövqeyi tutduq. Nəticədə heç bir “humanist”in səsini eşitmədik, heç bir dövlətin haqq uğrunda reaksiyasına şahid olmadıq. “Haqq isə verilmədiyinə görə, alındı”! Odur ki, bizə mədəniyyət dərsi keçməyə çalışanlar gedib öz xislətlərini səhmana salsınlar.

ELNARƏ AKİMOVA, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Avqust 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri