Icma.az
close
up
RU
Ayvazovskilər bizim ruhumuzu xilas edə bilməzlər

Ayvazovskilər bizim ruhumuzu xilas edə bilməzlər

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

ELNARƏ AKİMOVA,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Qəribə təzadlar dövründə yaşayırıq. Rusiya bizi erməni əsilli rus rəssamı İvan (Ovanes) Ayvazovskinin 2021-ci ilin dekabrında qanunsuz şəkildə qoyulmuş abidəsini Xankəndidən çıxartdığımıza görə mədəniyyətə asilikdə ittiham edir. Şuşanın mərkəzində erməni vandalizminin daş pasportu kimi tarixə möhürlənən güllələnmiş heykəllərin aqibətinə münasibətin adı necə olsun bəs? Görəsən, Azərbaycanı mədəni abidələrlə müharibədə suçlayanlar niyə həmin o məşum vəhşilik aktlarına qarşı çıxmırdılar?

Tarixin dərinlərinə ensələr görərlər ki, hələ XV əsrdə rus səyyahı Afanasi Nikitinin qeydlərində Azərbaycanla, onun başqa millətlərin münayəndələrinə, mədəniyyətinə xoş münasibəti ilə bağlı hansı qeydlər yer alır. L.N.Tolstoy, A.S.Puşkin, S.Yesenin yaradıcılığından Azərbaycana sevgi hansı qızıl xətt kimi keçir. Hətta Çar Rusiyasının dini ədavət yayan imperiya siyasəti Azərbaycan ərazisində çoxkonfessiyalıq mühitində problemlər yaratsa da, bunlar cəmiyyətdə dərin kök sala və əhalinin şüuraltısına əsrlər uzunu möhürünü vurmuş humanizm dəyərlərinə xələl gətirə bilmədi. İsa Məsih şəxsiyyəti Azərbaycanın görkəmli aydınları, sənət adamlarının şüurunda əzəli doğmalığını saxladı və bu xalq yanaşma və münasibətlərində humanist, tolerant qayəyə istinad amilini unutmadı.

İndi Rusiya haqsız olaraq mədəni tolerantlıqdan dəm vurur. Bir daş parçasının sökülməsinə belə etiraz ədasında və təəssübündə olanlar görəsən niyə onlarla insanın tələf olduğu təyyarə qəzasının sonuclarına qatlanmaqdan yayınır? Azərbaycanın təyyarə qəzasından sonra Rusiyadan kompensasiya tələb etməsinin qarşılığında Kreml bu haqlı tələbə qarşı məsuliyyətsiz davranmaq bir yana, bərabərhüquqlu əməkdaşlıq ruhuna zidd addımlar sərgiləməkdədir. Mədəni mövqe ucalığından bəhs edən Zaxarovalar, Zatulinlər, Solovyovlar, Şvıdkoylar Yekaterinburqda baş verən ekstremizm və zorakılıq proseslərini niyə gözardı edir, miqrantlara qarşı barbar münasibətləri niyə doğru sayır, məşhur jurnalist-ziyalı Mixail Qusmanın Xankəndidə verdiyi suallara görə, işdən çıxarılaraq cəzalandırılmasına niyə etiraz etməyi bacarmır? Buna onların cəsarəti çatmır, yoxsa mədəni-etik əxlaq ölçüləri?!

Azərbaycanda, paytaxt Bakıda onlarla rus məktəbləri var, onlarla Rusiyalı alim, ziyalı, incəsənət xadiminin heykəli, adlarına küçələr var. Bəs Rusiyada Azərbaycanın hansı şair, yazıçı, rəssamının heykəli var? Buyursunlar, bu imperiya təfəkkürlü sənət aşıqləri Aşıq Ələsgərin abidəsini ucaltsınlar, sonra bizə mədəniyyət dərsi keçməyə çalışarlar. Mən İrəvanda ucaltsınlar demirəm, çünki onsuz da o abidəni İrəvanda özümüz yaxınlarda ucaldacağıq!

Dünyada bestsellerə çevrilmiş məşhur bir Azərbaycan romanı var: “Əli və Nino”. Müsəlman Əli ilə xristian Ninonun sevgi macərası üzərində qurulan romanda Azərbaycanın siyasi elitasına daxil insanların toplaşdığı bir yığıncaqda dövrün gərgin siyasi təlatümlərinə münasibət bildirən nüfuzlu şəxs - Bakı milyonçusu, neft maqnatı Ağa Musa Nağıyev deyir: “Mən yaşlı bir adamam... Gördüklərim, eşitdiklərim məni çox kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də ölkəmizdən bizə lazım olmayan naqislikləri təmizləməyə çalışırıq. Bu, pis şey deyil! Tutaq ki, kimsə bizdə məktəb, yaxud xəstəxana açıb. Amma orada yalnız boş şeylər tədris edilirsə, o məktəb kimə və nəyə lazımdır? Yaxud bədəni müalicə edib, ruhu yaddan çıxaran xəstəxananın nə faydası var? Bizim ruhumuz Tanrıya doğru getmək istəyir”.

İndi biz yaralarımızı sarıyıb yalnız bədəni müalicə etmirik, həm də ruhumuzu xilas etməyə çalışırıq. Bu xilas işində “tufan” təbliğatçıları İvan Ayvazovskilər çətin bizə kara gələ. Ona görə də bizim hər kəsə deyiləcək sözümüz, veriləcək cavabımız var. Yalnız ona görə yox ki, biz öz torpaqlarımızın sahibiyik, kimin heykəlinin orda qalıb qalmaması da müstəqil siyasət aparan ölkə kimi bizim daxili işimizdir. Həm də ona görə ki, indi sahib olduğumuz torpaqlarımız otuz ilə yaxın işğal prosesində olanda və orda təcavüzün bütün çeşidləri təcrübədən keçiriləndə, hətta ən ekstremal şəraitdə belə, biz, ilk növbədə, ali insani duyğuların və nəhayət, beynəlxalq hüquq normalarının qorunmasına çağırış motivləri səsləndirib gözləmə mövqeyi tutduq.

Nəticədə heç bir “humanist”in səsini eşitmədik, heç bir dövlətin haqq uğrunda reaksiyasına şahid olmadıq. “Haqq isə verilmədiyinə görə, alındı”! Odur ki, bizə mədəniyyət dərsi keçməyə çalışanlar gedib öz xislətlərini səhmana salsınlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri