Icma.az
close
up
RU
Rumıniyada Dekabr inqilabının 35ci ildönümü qeyd olunur AZƏRTAC

Rumıniyada Dekabr inqilabının 35ci ildönümü qeyd olunur AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Buxarest, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də Rumıniyada 1989-cu il Dekabr inqilabının 35-ci ildönümü qeyd olunur. Düz 35 il əvvəl Nikolaye Çauşesku rejiminin devrilməsi ilə ölkədə yeni bir dövrün başlanğıcı qoyulub.

Bayram tədbirləri çərçivəsində gülqoyma mərasimləri, hərbi tədbirlər və dini xidmətlər keçirilir. Dekabrın 1-də seçilən yeni parlament üzvləri ilk iclaslarında Dekabr inqilabının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Rumıniya Akademiyasının sədri tarixçi İon Aurel Pop 1989-cu il hadisələrinin 1918-ci ildəki Böyük Birləşmə hadisəsindən sonra ölkə tarixində ən vacib hadisə olduğunu vurğulayıb. O bildirib ki, bu hadisələr ölkədə mühüm dəyişikliklərə səbəb olub.

Rumıniya Prezidenti Klaus Yohannis öz mesajında demokratik dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq, populizm və yalan üzərində qurulan təhrif olumuş bəyanatların bu prinsipləri təhdid etdiyini bildirib. Baş nazir Marçel Çolaku isə kommunizm rejiminin ideallaşdırılmasının kollektiv yaddaşa və kommunist rejiminin qurbanlarına ziyan verdiyini deyib.

Qeyd edək ki, 1989-cu ilin dekabrında Rumıniyada baş verən inqilab çox mühüm hadisələrə yol açıb. Dekabrın 21-də hakimiyyətin dəstəklənməsi üçün keçirilən mitinq antihökumət nümayişinə çevrilib və bu nümayiş təhlükəsizlik qüvvələri tərəfindən amansız şəkildə yatırılıb. Dekabrın 22-də isə Çauşesku və həyat yoldaşı Elena Buxarestdən helikopterlə qaçaraq ölkəni tərk ediblər. Həmin gün Rumıniyada Milli Qurtuluş Cəbhəsinin yaradılması elan olunub və İon İliesku ölkə prezidenti olub. Dekabrda 25-də Çauşesku və həyat yoldaşı mühakimə olunaraq Tîrgovişte şəhərində edam ediiblər. Bu inqilabdan sonra Rumıniyada böyük islahatlar aparılıb. Özəlləşdirmə bərpa edilib, çoxpartiyalı sistem yaradılıb və insan hüquqları təmin olunub. Rumıniyada Dekabr inqilabı ölkənin tarixindəki ən əsas hadisələrdən biri hesab olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri