Icma.az
close
up
RU
Rus dili davası, milli kimlik münaqişəsi və yaxud Pezeşkianın bir kupletlik şeiri Səxavət Məmməd yazır

Rus dili davası, milli kimlik münaqişəsi və yaxud Pezeşkianın bir kupletlik şeiri Səxavət Məmməd yazır

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya açıq şəkildə yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə dövlətlər üçün insan taleyi, həyatlar qətiyyən önəmli sayılmır. ABŞ, Çin, Rusiya və digər böyük dövlətlər süni intellektə böyük yatırımlar edirlər. Keçid mərhələsində olduğumuz ortadadır. Yeni sənaye inqilabının baş verməsi isə qaçılmazdır. Bundan əlavə, istər demokratiya, istərsə də kapitalizmin bütün qüsurları ortaya çıxıb. Bu vəziyyətdə yenidən sıfırlanma, köhnəni dağıdıb yenisini qurmağa ehtiyac yaranır. Hazırda baş verən münaqişələr və müharibələr bunun göstəricisidir. Hansı dövlətlər buna ayaq uyduracaqsa, özünü buna hazırlayacaqsa, onlar da bu mərhələdə qazanclı çıxacaq.

Qərb belə ən sevimli oyuncağı olan “demokratiya” sözündən istifadə etmir. Ölkəsində ağır müharibə gedən və torpaqları işğala məruz qalan Zelenskini belə “diktator” adlandıra bilirlər. Ərazisinin 30 faizi işğala məruz qalan, əhalisi pərən-pərən düşən ölkə necə seçki keçirə bilər? Bu sual səni, məni maraqlandıra bilər, ancaq prosesi idarə edən və maraqlarını təmin etmək istəyən ölkələr üçün maraqlıdır? Qətiyyən! Bu ölkələr üçün önəmli olan tək şey var: maraqları! Nə ABŞ-ni, nə də Avropa İttifaqını ukraynalılar maraqlandırmır. Orada həlak olan əsgərlər, uşaqlar, böyüklər qəti düşündürmür. Hətta əl-ayağa düşən Avropa İttifaqı belə özünə pay götürmək, pay götürə bilməsə də, cəhənnəm, verdikləri pulları geri almağı düşünür. Belə bir dünyada beynəlxalq hüquqdan, ədalətdən danışmaq o qədər mənasız görünür ki…

Dönüb bir özümüzə baxaq. Biz nə edirik? Vurulan təyyarəyə görə Rusiyaya qarşı cəmiyyətimizdə az qalsın müharibə əhval-ruhiyyəsi vardı. Sonra nə baş verdi? Rusiya qaldı kənarda keçdik bir-birimizi didməyə. Ramiz Mehdiyev aşağı, Eldar Mahmudov yuxarı baltalamağa. Nəticə? Qılınclarını sıyıran adamların, demək olar ki, heç biri bir həftədir təyyarənin vurulmasından danışmır. Hətta o qədər irəli gedənlər olmuşdu ki, deyirdilər, o təyyarəyə “vur” əmri verənlərin belə adlarını bilirik. Soruşmaq ayıb olmasın, nə oldu? Bir az arxivimi eşələsəm, tapıb çıxararam. Xocalı soyqırımını törədilməsində komandir heyətindən yaşayanların hamısının ünvanlarına qədər əldə etmişdim. Hansı ölkə, hansı şəhər, hansı küçə, hansı ev, hansı işinə qədər. Nəticə? Arxivdə yatır özü üçün.

Bu ölkədə ən yaxşı şey bağırmaqdır. Yaxşı bağırırsansa, olursan, yaxşı vətəndaş, yaxşı oğlan. Son zamanlar millətçilərin, türkçülərin etdiklərinə baxıram. İlahi, saxtakarlıq, pafos, populizm, boşboğazlıq, publikaya işləmək adamın gözün deşir. Türkçü, millətçi bir ailədə böyümüşəm. Bura qədər oxuyub, etiraz etmək istəyənlər, bu suala cavab verin, üzr istəyəcəyəm. Özünə millətçi, türkçü deyənlərdən hansı biri sabah desə, gəlin, gedək, mikrorayon tikməyə, gedərsiniz. O adamların arxasınca gedərsiniz?

Bu ölkənin çox problemləri var. Ən böyük problemlərindən biri də milli elitanın yaranmamasıdır, yoxluğudur. Müğənnisi, manısı, meyxana deyəni, aktyorluğu “haha-hihi”dən o yana keçməyənlər, banditliklə pul qazanıb çoxlu pulu olan elita sayıla bilməz. Söhbət elitadan gedir. Ayaz Salayevi Moskvada təhsil aldığına görə ruspərəst adlandıranlar, Moskvada təhsil alanların bir-bir adları sadalansa, sual işarəsinə dönəcəklər, yoxsa dönməyəcəklər? Əminəm ki, dönəcəklər. Ümumiyyətlə, ölkədə təhsil almaq o ölkəyə bağlılıqdırsa, onda bu dövləti bağlayaq. Məmurlara baxın, bakalavr təhsilini Azərbaycanda alanların belə magistr təhsili xaricdədir. Rusun adamı olmaq pis şeydir, hansısa Qərb ölkəsinin adamı olmaq yaxşı? Mənim gözümdə cinsinin nə olmağından asılı olmayaraq bütün itlər itdir.

Azərbaycana qarşı təhdid və təzyiq təkcə Rusiyadan yox, həm də İrandan gəlir. Əvvəl yazdıqlarımı oxuyanlar prosesin bura necə gələcəyini qeyd etdiyimi xatırlayarlar. İran özümü millətçi kimliyə bürüyür. Elə düşünürlər ki, İranın indi atdığı addımlar Azərbaycana görədir. Bu isə cılız yanaşmadır.

Bir neçə gün öncə Türkiyə və Azərbaycan mediasında belə bir xəbər çıxdı. Təbriz küçələrində Azərbaycan və Türkiyə Prezidentlərinin şəkilləri yapışdırılıb. İranda olmamışam. Ancaq olanların hər biri deyir ki, İranda hər yer, hər kəs xüsusi xidmət orqanlarının nəzarətindədir. Belə bir ölkədə hansısa divara şəkil yapışdırılır və İranın bundan xəbəri olmur? Bu elə İranın özü işi. Ardınca Xamenei təbrizlilərlə görüşdü, Azərbaycan dilində danışdı. Sonra isə Pezeşkian bir kuplet şeir dedi. O şəkillər bu çıxışlar üçün alibi deyil? İran və Türkiyə Azərbaycan üzərindən mesajlaşırlar. Biri bir addım atır, digəri cavab verir. Bayatıya qarşı şeir, xalçaya qarşı qılınc, hərbi təlimə qarşı “ansızın gələrik” tviti. İranın türk kimliyinə bürünməsi Azərbaycan cəmiyyətinə elə zərgər dəqiqliyi ilə işlənilir ki, bir çoxları da bu tələyə düşürlər. İran hakimiyyətində olanların, generallarının milli kimliyinə baxın, onda görəcəksiniz, proses hara gedir.

Bu qədər çox oldu. İran mövzusunu davam etdirəcəyəm…

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 24 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri