Icma.az
close
up
RU
Rus dilinin basqısından əziyyət çəkən Qırğızıstan

Rus dilinin basqısından əziyyət çəkən Qırğızıstan

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün postsovet məkanında "rus dünyası" propoqandasının və rus dilinin basqısından əziyyət çəkən ölkələrdən biri də Qırğızıstandır. Bu ölkənin rəsmi dövlət dili (qırğız dili və ya qırğız türkcəsi) hələ də rus dilinin kəskin rəqabəti ilə üzləşməkdədir. Qırğızıstanın təhsil naziri Dogdurgul Kendirbayeva ölkədə təhsilin vəziyyəti ilə bağlı açıqlama verərkən ölkədə şagirdlərin 50 faizindən çoxunun qırğız dilində əsas oxu səviyyəsinə çata bilmədiyini çox ciddi problem kimi qeyd edib.
“Qırğızıstanda şagirdlərin 50%-dən çoxu qırğız dilində əsas oxu səviyyələrinə çata bilmir. Rus dili bir çox məktəblərdə əsas tədris dili olaraq qalır", – deyə xanım nazir bildirib. O, eyni zamanda etiraf edib ki, hazırda "biz bunu dəyişdirmək istəmirik”. Müstəqil bir ölkədə şagirdlərin 50 faizinin öz ana dilini bilməməsi həm mədəniyyət, həm də milli kimlik baxımından həqiqətən də çox ciddi narahatlıq doğuracaq bir məsələdir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də bir xalqın yaddaşı, tarixi və ruhudur. Bir toplumun öz dilini itirməsi onun öz köklərindən uzaqlaşması deməkdir. Qırğızıstan isə 35 ildir dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq rus dili bu ölkədə öz hökmran mövqeyini saxlamaqla qırğız dilini sıxışdırmağa davam edir.
Dilin qorunması üçün ən təsirli yol həm milli dildə təhsil-tədris sisteminin gücləndirilməsi, həm mədəniyyət və incəsənət vasitəsilə təbliğ edilməsi, həm də gündəlik həyatın mərkəzinə gətirilməsi zəruridir. Bu üçü birlikdə işləsə, dilin gücü daha da artar. Çünki dilin gücü yalnız bir sahədə deyil, bütün həyatın damarlarında axmalıdır. Təhsil sistemi uşaqlara ana dilini sevdirib öyrətməlidir, gündəlik ünsiyyətdə insanlar onu təbii şəkildə işlətməlidir, incəsənət və mədəniyyət isə dilin ruhunu yaşatmalıdır. Bu üç sütun birlikdə möhkəm olarsa, dil yalnız qorunmaz, həm də inkişaf edər. Bu kontekstdə, Qırğızıstanda gənclərin musiqi, kino və ədəbiyyatda öz dilində fəal yaradıcılıq təması qurması həm dilin gündəlik istifadəsinə, həm də mədəniyyətin güclənməsinə təkan verə bilər. Təhsil isə bu prosesi daha da köklü şəkildə inkişaf etdirə bilər. Bu, təkcə Qırğızıstan üçün deyil, postsovet məkanının digər türk xalqları üçün də aktual bir məsələdir. Məsələn, Qazaxıstan və Özbəkistanda da ikidillilik problemi qalmaqda davam edir.
Azərbaycanda isə digər türk dövlətləri ilə müqayisədə durum daha qənaətbəxşdir. Biz həm rus dilinin basqısından, həm də kiril əlifbasının asılılığından çoxdan qurtulmuşuq. Düzdür, rus bölməsinin olduğu məktəblərin sayı hələ də çoxdur və övladlarını rus dilində təhsil almağa yönəldən valideynlər də az deyil, lakin ümumən götürdükdə isə, Azərbaycan istər öz ana dilimizin dominant olması məsələsində, istər yer və küçə adlarının milliləşdirilməsində, istərsə də Türk dünyasının inteqrasiyasının gücləndirilməsi məsələsində bütün Mərkəzi Asiya türk dövlətlərinə sözün yaxşı mənasında örnək ola bilər. Eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) daha güclü siyasi, iqtisadi, mədəni birliyə çevrilməsi istiqamətində atılan addımlar baxımından da Azərbaycan istər Mərkəzi Asiya dövlətlərindən, istərsə də qardaş Türkiyədən daha fəaldır. Azərbaycan bütün Türk dünyasının mənəvi, ideoloji mərkəzi rolunu oynayır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 İyun 2026 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri