Icma.az
close
up
RU
Rus ekspertlər gözümüzü qorxutmağa çalışırlar ŞƏRH

Rus ekspertlər gözümüzü qorxutmağa çalışırlar ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir


Rusiyanın hakimiyyət dairələri ilə işləyən bəzi simasızların, medianın Azərbaycanın, xalqımızın ünvanına təhqir yağdırmasının şahidiyik. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın maraqlarına zidd fikir səsləndirən hər bir kəs barədə ölçü götürüldüyü halda, kimsə deyə bilməz ki, Azərbaycana qarşı bu həqarətlər hakimiyyət dairələrinin iradəsindən kənar səsləndirilir. Əgər belə olsaydı, yəqin ki, onları da susdurardılar. Ancaq bu, baş vermir.

Deməli, həmin şəxslər də nəzarətdədir, Azərbaycan xalqını onların dili ilə təhqir edirlər. Bu prosesi idarə edən də əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir. 

Gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsilə uydurmalar qoşur, özlərini daha da gülünc vəziyyətə qoyurlar. 

Görünür, Rusiya özünə dost yox, düşmən axtarır və azsaylı dostlarını da itirməyi hədəfləyib. Hətta Azərbaycanın sərnişin təyyarəsi  Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə, səslənmədi. İnsanlar haqlı şəkildə nə baş verdiyini sual etdilər. 

Azərbaycan Prezidenti mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı. 

Amma indi Rusiyada pilotların danışıqlarını yayaraq yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdıqları bəs deyil, hələ Azərbaycanı günahkar da çıxarmağa çalışırlar. 

Rusiya dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir. Məsələnin mahiyyəti Azərbaycan təyyarəsi vurulduqdan və idarəetməni itirdikdən sonra hansı hava limanına enmə qərarının kim tərəfindən qəbul edilməsi deyil, təyyarənin vurulmasıdır. 

Söyüş, təhqir söz bitən yerdə başlayır və kimsə Rusiyadan belə ucuz davranış gözləmirdi.  

Boş və mənasız versiyalar ortaya atmaq, fikri başqa səmtə yönəltməkdənsə elə pilotların danışıqlarında 2 oturacağın partlamasının hansı səbəbdən baş verdiyi araşdırılardı. Təyyarənin füzelyajında, sərnişinin bədənində aşkar olunmuş “Pansır” havadan müdafiə sisteminin qəlpələrinə izahat veriləydi. 

Azərbaycan etik məsələlərə dəyər verir, Azərbaycan mediası, ekspertləri, sosial media istifadəçiləri əndazəni aşmayıblar və təhqirə yol verməyiblər. Buna görə də Rusiyadan gələn iyrənc sovet propaqandası, ucuz şoular heç cür qəbul oluna bilməz. 

Azərbaycan ictimaiyyəti Rusiya tərəfinin məsuliyyətli davranmasını, məsələ ilə bağlı ədalətli istintaq həyata keçirilməsini, cinayətkarların cəzalandırılmasını və kompensasiyaların ödənilməsini gözləyir.


Siyasi şərhçi Asəf Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, məsələ çox mürəkkəbdir. Onun sözlərinə görə,  Rusiya tərəfindən səsləndirilən bu bəyanatlar imperiya siyasətinin tərkib hissəsidir:

 “Vaxtaşırı olaraq biz Rusiya tərəfindən bu cür təhdid xarakterli açıqlamalar eşitmişik. İstər rəsmi şəxslərin, istər Duma üzvləri, istərsə də ekspertlər, media səviyyəsində Azərbaycana qarşı təhdidlər səsləndirilib. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya HHM tərəfindən vurulmasından sonra isə Rusiya Azərbaycan dövlətinin irəli sürdüyü tələbləri yerinə yetirib peşmançılığını ifadə etmək əvəzinə, Rusiya mediasına Azərbaycanı hədəf alan yazılar verilir. Heç bir fakta söykənmədən Azərbaycan tərəfi tənqid edilir, ittihamlara məruz qalır. Rusiyanın faktiki olaraq Cənubi Qafqazdakı dayaqları sarsılıb. Ermənistan artıq Qərbə yönəlik siyasət yeridir. Gürcüstanda isə siyasi gərginlik hökm sürür və cərəyan edən proseslər heç də Rusiyanın xeyrinə deyil. 

Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir. Ona görə də imperialist düşüncəli rus ekspertlər Azərbaycana qarşı çıxışlarla gözümüzü qorxutmağa çalışırlar”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Yanvar 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri