Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

“RUS EVİ” GƏNCLƏRİMİZİN BEYNİNİ NECƏ “YUYUB”? Bakıda separatizmi, Ukrayna işğalını vəsf edən film və sərgi göstərilib

“RUS EVİ” GƏNCLƏRİMİZİN BEYNİNİ NECƏ “YUYUB”? Bakıda separatizmi, Ukrayna işğalını vəsf edən film və sərgi göstərilib

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Bakıdakı “Rus Evi”-nin bağlanması tələbilə çıxış edənə qədər ölkəmizdə çoxları bu qurumun paytaxtımızda nə işlə məşğul olmasından o qədər də xəbərdar olmayıb. Onun tabe olduğu “Rossotrudniçestvo” isə rəsmi açıqlamalarında bildirib ki, qurumun əsas missiyası “Rusiyanın dünyada humanitar təsirini gücləndirməkdir”. 

Təşkilat iddia edir ki, onun işi guya yalnız humanitar əməkdaşlıq, mədəni və təhsil mübadiləsini inkişaf etdirməkdən ibarətdir…

Ancaq məlum olur ki, reallıqda “Rus Evi”-nin əsas missiyası dünya və Azərbaycan mediasının da qeyd etdiyi kimi, təkcə casus-kəşfiyyat yuvası rolunu oynamaq yox, həm də onun imperiya siyasətinə, işğalçılıq müharibələrinə yönələn və Azərbaycan da daxil olmaqla, yerləşdiyi ölkələrin ümumi siyasi xəttinə zidd, ziyanlı təbliğat aparmaqdır.

Belə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını dəfələrlə bəyan edərkən, Azərbaycan əhalisinin böyük əksəriyyəti bu müharibədə Ukraynanın haqlı mübarizəsini dəstəkləyərkən, rəsmi Bakı işğala məruz qalmış bu ölkəyə dəflərlə böyük humanitar yardımlar göndərərkən, ölkəmizin paytaxtındakı “Rus Evi” Ukraynaya qarşı işğalçılıq müharubəsini vəsf və təbliğ edən tədbirlər keçirib.

“AzPolitika” xəbər verir ki, məsələn, 2024-cü ilin noyabrında Bakıda “cəbhə rəssamı” Yuliya Tolstousovanın “ZOV”(çağırış-red.) adlı sərgisi təşkil edilib. Ziyarətçilərə “əsl qəhrəmanlar”ın – yəni, Ukraynaya qarşı döyüşən işğalçı əsgərlərin portretləri nümayiş etdirilib və onların “hekayələri” danışılıb.

Bundan əvvəl isə 2024-cü ilin iyununda Bakıdakı “Rus Evi”ndə Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinə “Donbasın gənc könüllüləri” filmi nümayiş etdirilib. Film “Ukrayna böhranı kontekstində gənc nəslin rolundan” bəhs edir. Film həmçinin, Kremlin çirkin təbliğatçılarından olan Marqarita Simonyanın “Russia Today” kanalında da dərc olunub. Görəsən, doğrudanmı Azərbaycan gənclərinin belə bir separatizm və işğal təbliğatı aparan filmə baxması lazım idi?


Həmçinin, “Rus Evi”nin sosial şəbəkələrdəki səhifələrində də işğala haq qazandıran və işğalçını “qəhrəmanlaşdıran” siyasiləşdirilmiş materiallar paylaşılıb. Məsələn, 2023-cü ilin martında Bakıdakı “Rus Evi” öz izləyicilərini “Zelenski – müharibəyə aparan yol” hesabatını oxumağa dəvət edib. Sənəddə Ukrayna Prezidenti “Londonun nəzarəti altında Avropanı alovlandıran” şəxs kimi təqdim olunur.

2024-cü ilin avqustunda Bakıdakı “Rus Evi” öz “teleqram” kanalında “Krım rus dünyasının tarixində” adlı onlayn viktorina elan edib. Qaliblərə Krıma iki nəfərlik səyahət vəd edilib.

2024-cü ilin avqustunda həmin “Rus Evi” Bakıda “Yeni regionların insanları” fotosərgisini keçirib. Burada Ukraynanın işğal olunmuş ərazilərinin sakinlərinin portretləri və onların Rusiyanın işğalından sonra həyatının “necə yaxşılığa doğru dəyişdiyi” barədə “hekayələr” əks olunub. Baxmayaraq ki, bütün dünya Rusiyanın Ukraynadakı şəhərləri, qəsəbələri, kəndləri işğal etməzdən əvvəl yerlə-yeksan etdiyini gözlərilə görüb və görməkdədir.

Bəs, Bakıda keçirilən bu cür “tədbirlər” nəyə, kimə hesablanıb? Özü son 30 ildə erməni, ondan əvvəl isə əsrlərlə rus işğalına məruz qalmış Azərbaycanda Ukraynada davam edən işğalçılıq müharibəsinin təbliğinə nə ehtiyac var və bu, həm siyasi, həm də mənəvi baxımdan nə dərəcədə etikdir?

Göründüyü kimi, Bakıdakı “Rus Evi”nin işi heç də “Rossotrudniçestvo”nun rəsəmən bəyan etdiyi kimi, “humanitar əməkdaşlıq, mədəni və təhsil mübadiləsini inkişaf etdirmək” olmayıb! Ona dörə də gənclərimizin “beynini yuyan” belə bir imperiyaçılıq və işğal təbliğ edən təxribat yuvasının bağlanması ən düzgün addımdır.

Cəlal Məmmədov

“AzPolitika.info”   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Fevral 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri