Icma.az
close
up
RU
Rus general Kremlə “böyük fəlakət” xəbərdarlığı etdi: Rusiya yeni “savaş modeli”nin ilk hədəfi olacaq

Rus general Kremlə “böyük fəlakət” xəbərdarlığı etdi: Rusiya yeni “savaş modeli”nin ilk hədəfi olacaq

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rus hərbi dairələri hesab edirlər ki, “rəqəmsal müharibə” artıq inkaredilməz yeni reallıqdır, Rusiya risklərin hesablanma gücü və süni intellekt sahəsində Qərbdən çox geri qalır, sənaye və elmi bazanın məhdudluğu isə geostrateji balansı pozur... Əgər, Kreml bu təhlükəli boşluğu doldurmazsa, Rusiya hərbi-texnoloji sahədə tənəzzül riski ilə üzləşəcək, çünki müasir müharibələr artıq PUA-lar, peyk nəzarəti, kiberhücumlar və alqoritmik qərar sistemləri ilə aparılır, texnoloji çeviklik yeni “strateji silaha” çevrilir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, son vaxtlar dünyanın əsas siyasi iradə mərkəzlərindən verilən bəyanatlar beynəlxalq münasibətlər sisteminin artıq yeni mərhələyə daxil olduğunu göstərir. Belə ki, qlobal qarşıdurmanın yeni mərhələsində “rəqəmsal müharibə” faktoru geopolitik reallığın sərhədlərini müəyyən etməyə başlayıb. Və bu baxımdan, Avropa dövlətlərinin “böyük müharibəyə” hazırlaşdığı, ABŞ-ın “dondurulmuş sülh” axtarışında olduğu, Kremlin isə indi Rusiyanın ən zəif sahələrindən biri olan müasir “rəqəmsal reallığa” uyğunlaşmağa çalışdığı müşahidə edilir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Avropa böyük müharibəyə hazırlaşır və bunu gizlətmir” xəbərdarlığı ilə diqqəti çəkib. Polşanın baş naziri Donald Tuskun “Zelenski Ukraynanın daha iki-üç il də döyüşməyə hazır olduğunu bildirir” açıqlaması böyük maraq doğurub. ABŞ-ın dövlət katibi Marko Rubionun “münaqişənin dondurulması” təklifi və Ağ Ev sahibi Donald Trampın “Ukrayna savaşı da həll olunacaq” bəyanatı isə hazırda ziddiyyətlərin ən yüksək həddə çatdığını göstərir. Bu bəyanatlar bir-birindən fərqli ritorikalara bağlı məzmunlarda olsa da, əslində, birmənalı şəkildə eyni həqiqəti təsdiqləyir. Yəni, müasir dünya artıq yeni geopolitik və texnoloji qarşıdurma mərhələsinə daxil olub.

Təbii ki, hazırda Rusiyanın Avropa ölkələrinə münasibətdə “böyük müharibə”yə hazırlıqla bağlı iddialarının arxasında gizlənən məqamlar da maraq doğurmamış deyil. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu barədə bəyanatı sadəcə, siyasi-diplomatik xəbərdarlıq deyil, həm də Kremlin Qərbin hərbi hazırlıqlarına verdiyi təlaş ifadə edən strateji reaksiyadır. Rusiya tərəfi NATO-nun Şərq cinahında artan hərbi potensialını - Polşa, Baltikyanı ölkələrdə və Rumıniyada yerləşdirilən qoşun kontingentlərini Avropanın “böyük müharibə”yə hazırlığı kimi təqdim edir.

Maraqlıdır ki, Kremlin bu iddialarının daha çox Rusiyanın daxili aiditoriyasına yönəldilmiş propoqanda tezisləri olduğu artıq qətiyyən şübhə doğurmur. Belə ki, Kreml bu propoqanda tezisləri ilə Rusiya cəmiyyətində mühasirə psixologiyasını möhkəmləndirməyə, Qərb daxilindəki fərqli yanaşmaları qabartmaq, xüsusilə də, Fransa və Almaniya kimi dövlətlərin “eskalasiyadan yayınmaq” siyasətinə diqqəti çəkməyə çalışır. Rusiya üçün “böyük müharibə” anlayışı yalnız hərbi deyil, həm də siyasi-ideoloji mübarizə məzmunu daşıyır. Və Rusiyanın Qərbə qarşı “mədəni müharibə” ritorikasının tərkibinə daxil olur.

Məsələ ondadır ki, Kremldə Ukrayna savaşının uzanmasından ciddi şəkildə narahatdırlar. Belə ki, Polşanın baş naziri Donald Tuskun da bəyan etdiyi kimi, “Ukraynanın daha iki-üç il döyüşməyə hazır olması” Qərbin rəsmi Kiyevə dəstəyinin taktiki xarakter aldığını göstərir. Çünki Qərb ölkələrində artıq “Ukraynanın qələbəsi” deyil, Rusiya ilə uzunmüddətli qarşıdurmanın idarəedilməsi müzakirə olunur.

Bu baxımdan, ABŞ-ın dövlət katibi Marko Rubionun “münaqişə tərəfləri indiki mövqelərində qalmalıdırlar, əgər, belə olarsa, qalan mübahisəli məsələlər daha sonra müzakirə edilə bilər” deməsi Ukrayna savaşı üzrə danışıqlar prosesində mühüm dönüş nöqtəsi hesab olunur. Çünki bu, ABŞ-ın Ukrayna siyasətində “pragmatik tənzimləmə” mərhələsinə keçməyə çalışdığını göstərir. Marko Rubionun bu təklifi faktiki olaraq, “dondurulmuş sülh” modelidir, əsas hədəf Rusiyanın hərbi qələbəsini və Qərbin strateji məğlubiyyətini əngəlləməkdir. Ancaq bu model Ukraynanın dövlət suverenliyini bərpa etmir, sadəcə, müharibəni idarə olunan vəziyyətə gətirir. Və beləliklə, Qərb üçün əsas məqsəd artıq qələbə deyil, yalnız nəzarət oluna bilən sabitlikdir.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın son açıqlamaları Ağ Evin xarici siyasətdə “qlobal yükdən azad olma” strategiyasını davam etdirdiyini göstərir. Ağ Ev sahibi “dünyadakı səkkiz münaqişəni bitirdik, geriyə qalan yalnız Rusiya və Ukraynadır” deyərək, özünü qlobal böhranların əsas tənzimləyicisi kimi təqdim edir. Prezident Donald Trampın “Putinlə isti münasibətlər” barədə dedikləri isə gələcək siyasi-diplomatik konfiqurasiyanın mümkün istiqamətini göstərir. Yəni, ABŞ-Rusiya münasibətlərində pragmatik, ancaq Ukraynanın əleyhinə ola biləcək dialoq dövrü başlaya bilər. Və bu, həm də Marko Rubionun “dondurulmuş sülh” modelinə siyasi zəmin yaradır.

Onu da qeyd etmək lazımdır ki, yaxın gələcəkdə geopolitik proseslərin necə inkişaf edə biləcəyi ilə bağlı tam aydın təsəvvürlər olmadığından, Kremldə “dondurulmuş sülh” modelinə ehtiyatla yanaşırlar. Hər halda, Rusiya hərbi-siyasi elitasının daxilində əlverişsiz reallığın fərqinə varmaq tendensiyası güclənir. Rusiya Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Yuri Baluyevski və Strateji və Texnoloji Təhlillər Mərkəzinin direktoru Ruslan Puxovun ortaq analitik məqaləsində açıq şəkildə bildirilir ki, “rəqəmsal müharibə” artıq yeni inkaredilməz reallıqdır. Onların fikrincə, orta müddətli perspektiv baxımından, Rusiya risklərin hesablanma gücü və süni intellekt sahəsində Qərbdən çox geri qalır, sənaye və elmi bazanın məhdudluğu isə geostrateji balansı pozur.

Ona görə də, əgər, Kreml bu önəmli boşluğu aradan qaldırmağa nail olmazsa, Rusiya hərbi-texnoloji sahədə tənəzzül riski ilə üz-üzə qala bilər. Bu arqumentlər də onu göstərir ki, müasir müharibə artıq PUA-lar, peyk nəzarəti, kiberhücumlar və alqoritmik qərar sistemləri ilə aparılır. Bu baxımdan, Rusiya üçün ənənəvi resurs üstünlüyü (torpaq, enerji, əhali) artıq kifayət deyil, çünki texnoloji çeviklik yeni “strateji silaha” çevrilməkdədir.

Bütün bunlar onu göstərir ki, yeni qlobal nizamın geopolitik sərhədlərinin təyin edilməkdə olduğu bir şəraitdə dünya siyasi-ideoloji bloklaşmadan, geostrateji reallığa keçid mərhələsinə yaxınlaşır. Beləliklə, Rusiya hərbi dairələrində “böyük fəlakət”in başlanğıcı kimi ifadə olunan bu mərhələdə qlobal qarşıdurmanın geostrateji hədəfləri artıq yalnız tanklarla və raketlərlə deyil, həm də hərbi risklərin hesablanma gücü, beynəlxalq informasiya nəzarəti və siyasi iradə ilə müəyyən olunacaq. Və yeni “geopolitik oyunlar” artıq məhz rəqəmsal müstəvidə aparılır, bu reallığa qarşıduran tərəflərdən hansı daha tez uyğunlaşacaqsa, deməli, gələcək qlobal nizamı da elə o müəyyən edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Oktyabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri