Icma.az
close
up
RU
Rus ordusu Ukraynanın yeni ərazilərini nəzarətə götürür

Rus ordusu Ukraynanın yeni ərazilərini nəzarətə götürür

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Rus ordusu Donbassda irəliləyir, getdikcə daha çox əraziləri ələ keçirir, lakin Ukrayna cəbhəsində ruslar üçün daha bir “mükafat” var - Xerson.
Reyting.az
“Financial Times”ə istinadla bildirir ki, Ukrayna hakimiyyəti Rusiyanın bu istiqamətdə növbəti genişmiqyaslı hücuma hazırlaşdığını düşünür.
“Son bir ayda “Deep State”nin məlumatlarına və nəşrin öz hesablamalarına görə, Rusiya Donetskinin şərqində Londonun təxminən yarısı böyüklüyündə ərazini ələ keçirib. Onlar Ukraynanın strateji əhəmiyyətli Pokrovsk, Kuraxovo və Velika Novosilka şəhərlərini təhdid edir. Bu, eyni zamanda Ukraynanın ölkənin şərqindəki hərbi əməliyyatlarının nüvəsi olan Dnepropetrovsk vilayətinin gözü qarşısındadır”, - nəşr yazır.
Bununla belə, Xerson Rusiya üçün daha dəyərli mükafat olardı. Şəhər 2022-ci ilin fevralında genişmiqyaslı işğaldan sonra rus qoşunları tərəfindən ələ keçirilən və doqquz ay işğal altında qalan Ukraynanın ilk regional paytaxtı kimi qiymətləndirilir.
Xerson meri Aleksandr Prokudin bildirib ki, Rusiya döyüş texnikasını təkmilləşdirmək və yeni operatorları hazırlamaq üçün Dneprdə özünün bir neçə “ən yaxşı pilotsuz təyyarələri”ni yerləşdirib.
“Ukraynalı rəsmilər hücumun Donald Tramp Ağ evə qayıtmazdan əvvəl Kiyevə təzyiqi artırmaq, döyüş meydanında əldə olunan nailiyyətləri sürətləndirmək və Dnepr üzərindən potensial irəliləməyə hazırlaşmaq üçün Rusiyanın planının bir hissəsi olduğundan şübhələnirlər”, - nəşr yazır.
Bundan əvvəl hərbi analitik Denis Popoviç deyib ki, indi Rusiya və Ukrayna çətin ki, Xerson vilayətində böyük hücum kampaniyaları təşkil etməyə cəhd göstərsin. Bununla belə, Dnepr çayı üzərindəki adalara nəzarət hər iki tərəfə gələcəkdə öz hücum kampaniyalarını planlaşdırmağa imkan verəcək.
E. KAMAL

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Dekabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri