Icma.az
close
up
RU
Rus pilotdan təklif: “Kukuruznik”lər istismara qaytarılsın FOTO

Rus pilotdan təklif: “Kukuruznik”lər istismara qaytarılsın FOTO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yəqin “Yol əhvalatı” filmindəki An-2 təyyarəsini çoxları xatırlayır. Kənddən Bakıya sakinlər bu təyyarə ilə gəlirdilər. 
Əslində film real həyatdan götürülüb. Sovet ittifaqında mindən çox kiçik aerodrom yol olmayan ərazilərdə insanlara xidmət edirdi. Kiçik aviasiyaya tələbat çox idi. 

Avtosfer.az xəbər verir ki, indi Rusiyada An-2 tipdə kiçik təyyarələrə ciddi tələbat yaranıb. Bu təyyarələr 1947-2002-ci illərdə 10 min ədəddən çox istehsal edilib. Bu gün Rusiyada müxtəlif şirkətlərə məxsus 1500-dən çox An-2 təyyarəsi olsa da, onlardan az qismi istifadə edilir. Səbəb də aydındır: təyyarələr köhnəlib, təmir tələb edir, yanacaq sərfiyyatı çoxdur, istismar baha başa gəlir.

Bu günlərdə əməkdar pilot, Rusiyanın mülki aviasiya şurasının sədri Oleq Smirnov “kukuruznik”lərin yenidən istismara qaytarılmasını təklif edib. 

Pilot iddia edir ki, təyyarələrin mühərriklərinin çoxunun resursu hələ bitməyib. Anbarlardakı mühərrikləri və anqarlardakı təyyarələri zavoda toplayaraq əsaslı təmirdən sonra istismar etmək olar. Bir halda ki, An-2 təyyarəsinin əvəzi tapılmayıb, hələlik bu cür keçinmək olar. 

Lakin, başqa problem də var. Antonov təyyarələri aviasiya benzini ilə işləyir ki, bu da artıq Rusiyada istehsal edilmir. Smirnov bunu Finlandiyadan almağı təklif edir. Bəs görəsən Avropa İttifaqının üzvü Finlandiya Rusiyaya benzin satarmı?

Müsbət cavab ehtimalı azdır. 
Bundan başqa, Smirnov Rusiya hökumətinin 2030-cu ilədək 1000 ədəd təyyarə istehsal etmək planını real qarşılamır.

Mütəxəssis bildirir ki, bu qədər maşının istehsalı üçün təkcə 2000 ədəd mühərrik istehsal edilməlidir. Bunu isə\ yaxın 5 ilə reallaşdırmaq mümkün deyil. Digər detalların istehsalı üçün də zavodlar bərpa edilməlidir. Bu da böyük vaxt, çaliyyə və kadr potensialı tələb edir. 

An-2 təyyarələrinin əvəz edəcək “Baykal” hələlik cəmi 3 ədəd sınaq versiyasında istehsal olunub.

Sözardı: Köhnə An-2 təyyarələrini ustalıqla istifadə edən sonuncu ölkə Azərbaycan oldu.
 

Pilotsuz sistemin quraşdırıldığı bu təyyarələrin bir neçəsini “qurban verməklə” Azərbaycan Ordusu Vətən müharibəsinin elə ilk günündə düşmənin HHM sistemlərinin yerini təsbit etdi. Sonrasını isə “Bayraktar” və “Harop”lar həll etdi. Azərbaycan hərbçilərinin bu ustalığı hərb tarixinə yazıldı.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 İyul 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri