Icma.az
close
up
RU
Rus polisinin kamera görüntüləri ilə Azərbaycana verdiyi gizli mesaj nədir?

Rus polisinin kamera görüntüləri ilə Azərbaycana verdiyi gizli mesaj nədir?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elçin Aslangil yazır...

Biz insan əti yemirik, cənab Putin, biz unutmuruq. Türk xalqları da unutmur və heç vaxt unutmayacaqlar.

Siz sadəcə bir prezident deyilsiniz - siz imperiyanın sələflərinin mirasını daşıyırsınız. Sizin yolunuz çar Nikolayın, Stalinin yoludur. Tarixinizi unutmamışıq, cənab Putin. Sizin imperiyanız türk dünyasına yalnız işğal, aclıq, soyqırımı və mədəni assimilasiya gətirdi.

1930-1933-cü illər - Sovet imperiyasının Qazaxıstanda həyata keçirdiyi süni aclıq siyasəti nəticəsində 1.5 milyondan çox qazax həyatını itirdi. Bu, o dövrdəki qazaxların təxminən 38-42%-i demək idi. Tarixçilər bu faciəni "Qazax Holodomoru" adlandırırlar. Bu aclıq, təsadüfi təbii fəlakət deyildi. Stalin rəhbərliyindəki sovet rejimi, kollektivləşdirmə adı altında qazax kəndlilərinin mal-qarasını zorla müsadirə etdi, ənənəvi köçəri həyat tərzini zorla ləğv etdi və nəticədə bütün bir xalq ölümə məhkum edildi.

Qazax tarixçisi Abılxayır Tarlıqov yazırdı:

"Aclıq nəticəsində insanlar o qədər ümidsiz qalmışdılar ki, bəziləri uşaq ətinə əl atırdı. Bu, dəhşətli, amma real tarixi fakt idi. İnsanlar yaşayış üçün insanlıqdan çıxırdılar."

Qazaxıstanlı bir ziyalının göz yaşı axıdaraq mənə dedikləri isə hələ də qulağımda səslənir:

"Babamın dörd qardaşı var idi. O qədər ac qalmışdılar ki, kiçik qardaşı bir kənddə həmyaşıdı ilə dəyişiblər. Bu alış-verişin adı sağ qalmaq idi. İnsan olmaq deyildi. Uşaqları dəyişirdilər ki, öz uşaqlarını yeməsinlər. Axı insan öz uşağının ətini necə yeyə bilər?"

Bu, təkcə Qazaxıstanda baş verməmişdi. Orta Asiyada - Qırğızıstanda, Türkmənistanda, Özbəkistanda, eləcə də Sibir türklərinin yaşadığı bölgələrdə eyni acı tarix təkrarlanmışdı. İnsanlar aclıqdan ölməmək üçün bir-birlərinin ətini yeməyə məcbur oldular. Bu, sadəcə fəlakət deyildi - bu, etnik və mədəni soyqırımı siyasəti idi.

Təkcə sovet dövrü deyil. Çar Rusiyası dövründə də türk xalqları sistematik şəkildə ruslaşdırma, pravoslavlaşdırma, torpaqlarından sürgün etmə, qadın və uşaqları zorla pravoslav məktəblərinə yollama siyasətlərinə məruz qalmışdı.

Yakut türkləri, başqırdlar, tatarlar, tuvalılar, altaylılar və sibir türkləri... Onlar bu zülmü yaşadılar. Bu xalqların mədəniyyətləri məhv edildi.

Biz də unutmadıq, cənab Putin. Biz Xocalını unutmadıq.

1992-ci ildə Xocalıda Ermənistan və Rusiya birlikdə insanlıq tarixinə qara hərflərlə yazılmış bir soyqırımı törətdilər. Xocalıda 613 nəfər - qadın, uşaq, qoca - amansızlıqla qətlə yetirildi. Bu qətliamda Sovet ordusunun 366-cı motoatıcı alayı iştirak etmişdi. Bəli, cənab Putin, bu sizin ordu idi. Biz unutmuruq!

Unutmuruq və səbirlə gözləyirik. Necə ki, Qarabağın azadlığı üçün 30 il gözlədik.

Lavrovun Rusiyada azərbaycanlı jurnalistin sualına verdiyi cavabı da unutmadıq:

"Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil"

İndi isə soruşuruq, nə oldu, Rusiya?

Azərbaycan öz torpağını geri aldı, Ermənistanın arxasında duran imperiya da aciz qaldı.

İki gün öncə Putinin OMON-çuları Azərbaycan vətəndaşlarına qarşı zorakılıq törətdilər. İki azərbaycanlının Rusiya polisi tərəfindən vəhşicəsinə qətlə yetirilməsi imperiyanın öz gücsüzlüyünü, acizliyini nümayiş etdirir.

Kamera görüntülərində aydın görünür: qətl sadəcə zorakılıq deyildi - bu, bir mesaj idi. Bununla bizi qorxudacağınızı düşünürsünüzsə, yanılırsınız.

Siz güc nümayiş etdirirsiniz, əslində isə daxildən çökürsünüz. Çeçenistanda, Dağıstanda, Buryatiyada, Tuva və Saxada - artıq sizə qarşı nifrət açıq şəkildə böyüyür.

Siz "alkaş Vova"nı güclü kimi təqdim edirsiniz. Amma biz onu qatil kimi tanıyırıq.

Bu qətllər davam edəcək, siz zülm etdikcə, nifrət dərinləşəcək. Bu nifrət sizi içəridən parçalayacaq. Elə Ukraynada olduğu kimi, Sibir türkləri də bir gün azadlıq üçün ayağa qalxacaq. Necə ki, biz qalxdıq!

Biz unutmuruq, cənab Putin. Biz unuda bilmərik. Çünki bizim yaddaşımızda Qazax Holodomoru, Krım tatarlarının sürgünü, Səmərqənd və Əndican qırğınları, Xocalı, 20 Yanvar, 1920-ci il Gəncə qırğını, Putin OMON-u - hamısı var.

Biz unutmadıq. Rusiyanın əsarəti altında olan türk xalqları da unutmayacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri