Icma.az
close
up
RU
Rus təbliğatı aparan deputat kimdir? KONKRET

Rus təbliğatı aparan deputat kimdir? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gün öncə tanınmış politoloq Elxan Şahinoğlu Ramiz Mehdiyevin göstərişi ilə aralarında komitə sədrinin də olduğu bir qrup millət vəkilinin Azərbaycanın Rusiyanın yaratdığı və rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması üçün təbliğat apardığı haqda “Media Türk” kanalının efirində məlumat səsləndirmişdi. O iddia edirdi ki, bu, Rusiyanın göstərişi ilə başlayan proses idi və Ramiz Mehdiyev “öz deputatları” vasitəsilə bu təbliğatı aparırdı. Məqsəd isə cəmiyyətin nəbzini yoxlamaq idi.

KONKRET.az bakupost.az-a istinadən xəbər verir ki, E.Şahinoğlu sözügedən deputatlar və komitə sədri haqda heç bir bilgi verməmişdi.

Maraqlıdır, o deputatlar kimlərdir?

Açıq mənbələrdə yalnız Milli Məclisin Hüquq komitəsinin sədri Əli Hüseynlinin KTMT-yə qoşulmaqla bağlı təbliğat apardığı görünür. Belə ki, 2018-ci ildə Əli Hüseynli rusdilli “Haqqin.az” saytına açıqlamasında “Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü də ola bilər” deyə bildirmişdi.

“Ötən əsrin 90-cı illərində mövcud olan vəziyyət hazırda müşahidə etdiyimiz vəziyyətdən köklü şəkildə fərqlənir. 2002-ci ildə KTM-nin tam dəyərli beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul olunub. İndi də KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır.

Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı. Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik.

Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir. Buna görə də mən ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm. Həm də bu təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar”.

Əli Hüseynlinin bu açıqlamasına cavabı da Elxan Şahinoğlu vermişdi. Hazırda E.Şahinoğlunun bu faktı xatırlatması və komitə sədrinə işarə etməsi bu baxımdan mübahisə yeri qoymur.

Qeyd edək ki, Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub, 1985–1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləmişdir. 1987-ci ildə Kalinin Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 1988–1989-cu illərdə hərbi xidmətdə olmuşdur.

Daha sonra təhsilini BDU-ya dəyişdirmiş və 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996–2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışmışdır.

Hazırda Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri