Rusiya 1200 dən çox hərbçinin meyitini Ukraynaya təhvil verib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya 1212 hərbçinin meyitini Ukraynaya təhvil verib.
APA xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Meyitləri təhvil verilənlər Rusiyanın Kursk, Ukraynanın Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində həlak olublar.
Beynəlxalq Qızıl Xaç Komitəsi prosesə köməklik göstərib.
“Hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə mərhumun şəxsiyyətini ən qısa zamanda müəyyən edəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya və Ukrayna hərbçilərin meyitlərinin təhvil verilməsi ilə bağlı iyunu 2-də İstanbulda razılığa gəliblər.
Baxış sayı:114
Bu xəbər 11 İyun 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















