Icma.az
close
up
RU
Rusiya ABŞ nin təzyiqlərinə tab gətirəcəkmi? Artıq döyüşlərin intensivliyi azalıb

Rusiya ABŞ nin təzyiqlərinə tab gətirəcəkmi? Artıq döyüşlərin intensivliyi azalıb

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt iqtisadi və siyasi sanksiyaların gündəmə gətiriləcəyini açıqlayıb. Vaşinqtonun bu xəbərdarlığı fonunda beynəlxalq ictimaiyyətin diqqəti Rusiyanın verə biləcəyi mümkün cavablara və vəziyyətin gələcək inkişaf ssenarilərinə yönəlib.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə bildirib ki, Ukrayna müharibəsində atəşkəs əldə olunmasa da, döyüşlərin intensivliyi nisbətən azalıb.

Onun fikrincə, ABŞ-nin Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etmə ehtimalı olsa da, bu proses bir qədər ehtiyatla və mərhələli şəkildə aparılacaq:


“Donald Trampın ritorikası fərqli olduğu üçün bəzi hallarda ABŞ-nin Rusiya ilə bağlı mövqeyi dəyişə bilər. Bununla belə, Rusiya indiyədək bank sektoru, enerji və hərbi sənaye sahələri də daxil olmaqla, bir çox istiqamətlərdə ağır sanksiyalarla üzləşib. Yeni sanksiyalar tətbiq olunarsa, onlar Rusiyanın iqtisadiyyatına əlavə təzyiqlər yaradacaq”.


R.Tağızadə əlavə edib ki, Rusiya bu sanksiyaların təsirini azaltmaq və onları aradan qaldırmaq üçün müxtəlif diplomatik və iqtisadi təşəbbüslərlə çıxış edir:

"Moskva Avropa ölkələri ilə enerji əməkdaşlığını bərpa etməyə çalışır, çünki bir sıra Avropa dövlətləri artıq Rusiya qazından imtina edib. Rusiyanın məqsədi, enerji resurslarını sataraq iqtisadiyyatını dirçəltmək və müəyyən qədər Avropa ölkələrini yenidən öz orbitinə qaytarmaqdır. ABŞ isə Rusiyanı bu məsələlərdə sıxışdıraraq Ukrayna münaqişəsində güzəştə getməyə məcbur etmək niyyətindədir. Lakin Rusiyanın cavabı sərt və ölçülü ola bilər, çünki o, həm iqtisadi, həm də geosiyasi maraqlarını qorumağa çalışır”, – deyə politoloq vurğulayıb.


Ekspert həmçinin qeyd edib ki, Rusiya donanmasına qarşı da sanksiyalar tətbiq olunub və gələcəkdə bu tip məhdudiyyətlərin sayının artması istisna edilmir. 
Politoloq bildirib ki, bu kimi təzyiqlər fonunda Rusiyanın kompromisə gəlməsi üçün daha effektiv addımlar yalnız beynəlxalq diplomatik təzyiqin gücləndirilməsi və enerji asılılığının azaldılması ilə mümkün ola bilər.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri