Rusiya aeroportunda həyəcanlı anlar: Bakıya gələn təyyarənin mühərriki uçuş zolağında söndü
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Krasnoyarskdan (Rusiya) Bakıya uçan təyyarənin mühərriki kondisioner sisteminin təmirindən sonra uçuş zolağında sönüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə şahidlərə istinadən Krasnoyarskın TVK kanalı məlumat yayıb.
Bildirilir ki, söhbət "İrAero" aviaşirkətinin saat 07:25-də qalxmalı olan "İO 473" reysinin təyyarəsindən gedir.
Məlumata görə, minik 2 saat gecikib, sərnişinlərə təyyarənin təmir olunduğunu bildiriblər. Sonra onlara eyni təyyarəni veriblər. Hava gəmisi isə zolağa çıxandan sonra sönüb. Bundan sonra sərnişinlər təşvişə düşüblər, bəziləri isə uçuşdan imtina edib.
Krasnoyarsk aeroportunun mətbuat xidməti hadisəni şərh edib. Bildirilib ki, hava gəmisində həqiqətən texniki nasazlıq olub və aradan qaldırılıb. Saat 13:55-də uçuş zolağında hərəkət edərkən təyyarə saz vəziyyətdə olub, lakin beş nəfərlik ailənin uçuşdan imtina etməsi səbəbindən geri qayıdıb. Nəticədə təyyarənin uçuşu həyata keçib, lakin 22 sərnişin reysdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 Yanvar 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















