Icma.az
close
up
RU
Rusiya artıq bizim üçün açıq düşmənə çevrilirsə, onları öz dilləri ilə ifşa edə bilərik Vüsalə Ağabəyli

Rusiya artıq bizim üçün açıq düşmənə çevrilirsə, onları öz dilləri ilə ifşa edə bilərik Vüsalə Ağabəyli

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Dil bizim əlimizdə strateji silahdır, informasiya terrorunda qalib gəlmək üçün vasitədir".

Bu sözləri Redaktor.az-a açıqlamasında filologiya elmləri doktoru, təhsil eksperti Vüsalə Ağabəyli bildirdi. Onun sözlərinə görə, son dövrdə, xüsusilə Azərbaycan və Rusiya arasında baş verən gərginlik fonunda ölkəmizdə rusdilli məktəblərin fəaliyyətinə münasibət yenidən ictimai müzakirələrin əsas mövzusuna çevrilib:

"Bəziləri rusdilli məktəblərin bağlanmasını milli təhlükəsizlik və milli kimliyin qorunması və Rusiyaya qarşı kəskin mövqeyin sərgilənməsi baxımından zəruri hesab edirlər. Digərləri isə bu məktəbləri çoxdilli cəmiyyətin və beynəlxalq imkanların bir hissəsi kimi görürlər. Məsələ olduqca mürəkkəb və çoxşaxəlidir, bu səbəbdən həm tərəfdarların, həm də əleyhdarların arqumentlərinə diqqət yetirmək vacibdir. Rusdilli məktəblərin bağlanmasını təklif edənlərin əsas arqumenti Rusiyanın Azərbaycana qarşı dəfələrlə etdiyi cinayətkar əməllər, milli təhlükəsizlik və informasiya suverenliyi ilə bağlıdır. Son dövrlərdə Azərbaycana qarşı xarici mediada, xüsusilə rusdilli mənbələrdə aparılan təbliğat kampaniyaları cəmiyyətdə haqlı narahatlıq doğurur. Bu kontekstdə, çox güman ki, rusdilli məktəblərin bağlanmasını tələb edənlər rusdilli təhsil müəssisələrinin ölkə daxilində müəyyən ideoloji təsirlərə yol aça biləcəyindən də narahatdırlar".
Ekspert qeyd etdi ki, dövlət dili olan Azərbaycan dilinin hər sahədə üstün mövqedə olması, gənc nəslin milli-mənəvi dəyərlərlə yetişdirilməsi baxımından vacib hesab edilir:

"Lakin rus dilində tədrisin dayandırılması mübarizə metodu deyil, əksinə rusdilli siyasi, ictimai mütəxəssislərimizin sayının çox olması bizə məhz Rusiyanın daxili strukturundakı cinayətkarları ifşa etmək, təbliğat apara bilmək və polemikaya girmək baxımında çox faydalıdır. Biz öz dərdimizi, problemimizi öz həmvətənlərimiz arasında öz dilimizdə müzakirə etsək kim bizi eşidəcək? İngilisdilli, rusdilli faydalı mütəxəssislər bizə informasiya terrorunda da qalib gəlmək üçün lazımdır. Dil əlimizdə bir silahdır, biz bu gün BDU, ADU kimi universitetlərdə erməni dilini tədris ediriksə, bu mövqe də bizim üçün strateji baxımdan əhəmiyyətlidir. Rusiya artıq bizim üçün açıq düşmənə çevrilirsə, bizim milli dəyərlərə sadiq rusdilli təhsil ordumuzdan da qorxmalıdır, biz onları məhz öz dilləri ilə ifşa edə bilərik. Digər tərəfdən isə rus dili postsovet məkanında və beynəlxalq elmi sahədə hələ də əhəmiyyətli mövqeyə malikdir. Rus dilini bilmək Azərbaycan gəncləri üçün əlavə imkanlar yarada, onların təhsil, elm və biznes sahəsindəki perspektivlərini genişləndirə bilər. Üstəlik, Azərbaycan cəmiyyəti multikultural və çoxmillətli bir strukturda formalaşmışdır və tolerantlıq ideologiyasını sərgiləyir. Biz bu gün bütün dünyaya zalım, qəddar, amansız olmadığımızı sübut edirik, bütün dünya görür ki, erməni belə, arzulayırsa, Qarabağ torpaqlarında müstəqil şəkildə yaşaya bilər. Biz buyuq, barbar deyilik, humanizm tərənnümçüsüyük".

V.Ağabəyli qeyd etdi ki, ölkəmizdə, xüsusilə Bakıda fəaliyyət göstərən bir çox rusdilli məktəb və liseylər yüksək təhsil səviyyəsi ilə seçilir, ölkəmizin elmi və texnoloji potensialına töhfə verən məzunlar yetişdirirlər.

"Bu məktəblər təkcə rus dilində deyil, həm də Azərbaycan dili və ədəbiyyatına önəm verən, şagirdlərini hər iki dildə yetişdirən müəssisələr kimi tanınırlar. Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, rusdilli məktəblərin tamamilə bağlanması radikal və nəticələri qeyri-müəyyən bir addım olar. Bunun əvəzinə, daha real və effektiv yanaşma bu məktəblərin fəaliyyətinin ciddi dövlət nəzarətinə alınmasıdır. Son illər rusdilli məktəblərdə tədris proqramlarının Azərbaycanın milli maraqları və dəyərləri ilə uyğunlaşdırılması və dövlət dilinin tədrisdə üstün mövqeyinin qorunması kimi məsələlərə xüsusi əhəmiyyət verilir. Nəticə etibarilə, Azərbaycanın gələcəyi üçün ən sağlam yol, milli dəyərlərini, azərbaycançılıq ideologiyasını və dövlət dilini qorumaqla yanaşı, çoxdilli təhsil mühitini idarəedilən, şəffaf və milli maraqlara uyğun şəkildə inkişaf etdirməkdir",- deyə o bildirdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri