Rusiya “ATACMS”a “cavab verir”... Ukrayna kütləvi raket zərbəsi altındadır AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynanın Rusiya ərazisinə “ATACMS” raketlərilə zərbə endirməsinə Rusiya kütləvi raket hücumu ilə cavab verir.
“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, ötən gecə Rusiya “Tu-95” və “Miq-31” bombardmançılarını havaya qaldırıb. Səhər saatlarına yaxın Ukraynanın bir neçə istiqamətdən raket hücumuna məruz qaldığı məlum olub.
Ən çox Dnepr, Zaporojye, Kremençuq, Mirqorod, Kiyev şəhərləri istiqamətində zərbələr endirildiyi barədə xəbərlər var. Dneprdə iki iri partlayış qeydə alınıb və müəssiələrin birində yanğın başladığı bildirilir. Eyni zamanda qeyd olunur ki, Ukraynanın əksər vilayətlərində elektrik enerjisi təminatı dayanıb. Raket hücumunun və hava həyacanı siqnalının demək olar, bütün Ukrayna boyu davam etdiyi qeyd olunur.
Xatırladaq ki, dünən ABŞ başda olmaqla, Kiyevdəki denmək olar bütün xarici səfirliklər fəaliyyətini dayandırıb və öz vətəndaşlarına mümkün raket hücumları barədə xəbərdarlıq edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Noyabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















