Rusiya Azərbaycan və Ermənistanla bağlı QƏRAR VERDİ: Nələr olacaq? KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Azərbaycan və Ermənistanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun buraxılması ilə bağlı birgə qərarını dəstəkləyir.
KONKRET.az xəbər verir ki, bu barədə RBK-ya Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç məlumat verib.
O, qurumun 2025-ci ilin dekabrına qədər ləğv edilməsinin planlaşdırıldığını bildirib.
Diplomat qeyd edib ki, qərar Minsk Qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vəzifəsinin, eləcə də yüksək səviyyəli planlaşdırma qrupunun fəaliyyətinin dayandırılmasını əhatə edir.
“Tərəflərin onların saxlanmasının məqsədəuyğun olmaması ilə bağlı mövqeyini nəzərə alsaq, onların ləğvinin qarşısını almaq üçün heç bir əsas görmürük”, – Lukaşeviç vurğulayıb.
Qeyd edək ki, avqustun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı qərarın sentyabrın 1-də veriləcəyini açıqlayıb.
Nazir bildirib ki, bu mexanizm uzun müddətdir ki, sülh prosesindən əslində kənarlaşdırılıb. Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan avqustun 8-də Vaşinqtonda Minsk Qrupu ilə bağlı ATƏT-ə müraciət imzalayıb və avqustun 11-də quruma təqdim ediblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















