Icma.az
close
up
RU
Rusiya Azərbaycana qarşı hibrid müharibəni gücləndirir Politoloq

Rusiya Azərbaycana qarşı hibrid müharibəni gücləndirir Politoloq

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"8 avqust 2025-ci il tarixində Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sülh bəyanatı regionun geosiyasi xəritəsində ciddi dönüş yaratdı. ABŞ Prezidentinin vasitəçiliyi ilə baş tutan bu addım yalnız iki qonşu arasında uzunmüddətli düşmənçiliyə son qoymaq deyil, həm də Cənubi Qafqazın güc balansını yenidən formalaşdırmaq potensialına malikdir. Bu vəziyyət Kremldə Moskvanın bölgədə təsir imkanlarını itirdiyi təəssüratı yaradıb".

Bu fikirləri Redaktor.az saytına Ağ Ev görüşündən bəhs edən politoloq Qəvami Sadıqbəyli bildirdi.

Onun sözlərinə görə, məhz buna görə son günlər Rusiya mediasında anti-Azərbaycan ritorikası güclənib:

"Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan “Sülh çərçivəsi” sazişinin əsas bəndlərindən biri- “Trump Route for International Peace and Prosperity (TRIPP)” adlandırılan Zəngəzur dəhlizi-Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Razılaşmaya əsasən, yolun uzunmüddətli idarəetmə hüquqları ABŞ tərəfinə həvalə edilir. İran rəhbərliyinin İrəvana səfəri və “ABŞ-nin sərhəddə mövcudluğuna” etirazları göstərir ki, TRIPP yalnız ticarət xəritəsini deyil, eyni zamanda regionun təhlükəsizlik arxitekturasını da dəyişir. Sazişdən dərhal sonra Rusiyanın Ukraynanın cənubunda SOCAR-a məxsus neft bazalarına təkrar zərbələri, həmçinin enerji və liman infrastrukturunu hədəfə alması, Kremlin hərbi mesaj diplomatiyasının tipik nümunəsidir. Odessa vilayətində SOCAR-a aid neft anbarlarının bombalanması və iri yanğınlar faktlarla təsdiqlənib. Bununla paralel, BTC kəməri ilə Avropaya göndərilən xam neftə “xlor” qatılması şübhəsi Rusiyanın hibrid əməliyyat aləti kimi qiymətləndirilir. Məqsəd Avropaya nəql olunan enerji resurslarının keyfiyyətinə olan etimadı zəiflətməkdir.

Digər tərəfdən Rusiyada Azərbaycan diasporunun sıxışdırılması, rəsmi Bakıya qarşı informasiya hücumlarının genişləndirilməsi diqqət çəkir. Rusiyada yaşayan azərbaycanlılara qarşı reydlər və zorakılıqlar, eyni vaxtda Bakıda rus mediasının yerli strukturlarına dair istintaqlar iki paytaxt arasında gərginliyin sistemli hal aldığını göstərir. Kremlin təbliğatı Azərbaycan ictimaiyyətində ciddi rezonans doğurmayıb, əksinə, Bakı informasiya təhlükəsizliyi rejimini sərtləşdirdiyini nümayiş etdirib".

O qeyd etdi ki, Rusiyanın Azərbaycana qarşı “hibrid müharibəsi” güclənərkən, NATO Baş katibi Mark Rutte 19 avqust 2025-də bəyan edib ki, 2026-cı ilin 7-8 iyulunda NATO Zirvə Toplantısı Ankaradakı Beştəpə kompleksində keçiriləcək:

"Bu qərar Türkiyənin alyansdakı çəkisini və cənub-şərq cinahının strateji əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycanın NATO üzvü olan Türkiyə ilə müttəfiqliyi ölkəmizə əlavə üstünlüklər qazandırır. Təhlükəsizlik, müdafiə sənayesi, rabitə və enerji xətlərinin, həmçinin TRIPP- Zəngəzur marşrutu ilə NATO ölkələri ilə inteqrasiyanın güclənməsi gündəmə gəlir. Bakı Moskva ilə açıq qarşıdurma istəmir, lakin SOCAR obyektlərinə hücumlar, diasporanın təzyiq altına alınması və enerji tədarükünə müdaxilələr fonunda cavab addımlarının “simmetrik” ola biləcəyini açıq saxlayır. Bu isə Ukrayna ilə texnoloji-logistik əməkdaşlıqdan tutmuş hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə qədər müxtəlif ssenariləri əhatə edə bilər. Vaşinqton–Bakı münasibətlərinin dərinləşməsi fonunda gələn siqnallar da bunu təsdiqləyir. Bununla yanaşı, İrəvan-Ankara əlaqələrinin normallaşması artıq təkcə ikitərəfli məsələ deyil; TRIPP-Zəngəzur marşrutu ilə bağlı Ağ Ev sazişi bu prosesi sürətləndirən amil rolunu oynayır. Bütün baş verənlər Cənubi Qafqazda mövcud Rusiya hərbi infrastrukturunun, xüsusilə Gümridəki 102-ci baza və sərhədçilərin gələcək taleyini şübhə altına salır. Ermənistanda aparılan müzakirələr bu mövzunun həm geosiyasi, həm də daxili siyasi risklər yaratdığını göstərir".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri