Icma.az
close
up
RU
Rusiya Baş nazirinin müavini: Heydər Əliyev öz adını BAM ın yaradılması tarixinə qızıl hərflərlə yazıb

Rusiya Baş nazirinin müavini: Heydər Əliyev öz adını BAM ın yaradılması tarixinə qızıl hərflərlə yazıb

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heydər Əliyevin rəhbərlik etdiyi Baykal-Amur Magistralının (BAM) tikintisi Rusiya iqtisadiyyatında bu gün də böyük rol oynayır.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Moskva meri Sergey Sobyanin Rusiya paytaxtında Heydər Əliyevin abidəsinin qoyulacağı yerdə xatirə lövhəsinin açılış mərasimində deyib.

"Ötən il Rusiya böyük yubiley - Sovet İttifaqının ən möhtəşəm tikintilərindən biri olan və bu gün də ölkəmizin iqtisadiyyatında böyük rol oynayan BAM-ın inşasına başlanmasının 50 illiyini qeyd edib. Bu il BAM İnşaatçıları Birliyi Heydər Əliyevə abidə qoyulması xahişi ilə müraciət edib. Rusiya Federasiyası Hökuməti, Rusiya Dəmir Yolları bu xahişi fəal şəkildə dəstəkləyib. Moskva Şəhər Dumasının Komissiyası bu xahişi dəstəkləmək qərarına gəlib. Mən isə bu gün burada, Azərbaycan səfirliyinin yanındakı bağda Heydər Əliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzaladım”, - o bildirib.

Rusiya Baş nazirinin müavini Vitali Savelyev qeyd edib ki, Heydər Əliyev öz adını BAM-ın yaradılması tarixinə “qızıl hərflərlə” yazıb. O, SSRİ Nazirlər Sovetinin adından bu tikintiyə nəinki rəhbərlik edib, hətta həmin layihə ilə yaşayıb.

“Mən bu gün həyatlarının çox hissəsini bu tikinti layihəsinə sərf etmiş BAM veteranlarını salamlamaqdan çox məmnunam. Bu, bizim üçün əlamətdardır. Biz BAM-ın tikintisini artıq yeni tərkibdə davam etdirəcəyik. Çünki bu tikintinin, dəmir yolunun ölkəmiz üçün əhəmiyyətini yenidən qiymətləndirmək çətindir. Heydər Əliyevin əbədi xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Mart 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see234

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see224

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see191

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see161

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri