Rusiya bayrağını Qvineya bayrağına dəyişən gəmi saxlanıldı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsveç Sahil Mühafizə Xidməti İsveç polisinin dəstəyi ilə, krallığın cənubundakı Trelleborq sahillərində Qvineya bayrağı altında üzən Caffa yük gəmisini saxlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin mətbuat açıqlamasında bildirilib.
Sahil Mühafizə Xidməti ilkin araşdırmaya başlayıb və gəminin dənizə yararsız olduğunu düşünür.
Mülki Müdafiə naziri Karl-Oskar Bohlinin sözlərinə görə, gəmi Ukraynanın sanksiya siyahısındadır.
“Gəmi Ukraynanın sanksiya siyahısındadır, mülkiyyət strukturu bəlli deyil və sığortasının olmaması şübhəsi var. Bildirilir ki, gəmi bu yay bayrağını Rusiya bayrağından Qvineya bayrağına dəyişdirib”, – nazir bildirib.
SVT televiziyasının məlumatına görə, gəmi Mərakeşin Kasablanka şəhərindən Sankt-Peterburqa gedərkən ələ keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 07 Mart 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















