Icma.az
close
up
RU
Rusiya bu addımı atsa, Kalininqradı itirəcək Ekspert

Rusiya bu addımı atsa, Kalininqradı itirəcək Ekspert

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiya NATO ilə müharibəyə girişsə, Kalininqrad vilayətini itirə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın NATO ilə birbaşa hərbi toqquşmaya gedəcəyi təqdirdə, özünün hansı əraziləri itirə biləcəyini şərh edərkən deyib.

"Amma reallıqda Rusiya ilə NATO arasındakı savaş heç zaman sözdən oyana keçməyəcək. Rusiya elə bir durumdadır ki, onun NATO ilə əlavə cəbhə açması mümkünsüzdür", deyə Üzeyir Cəfərov bildirib.

Ekspert qeyd edir ki, Moskva NATO-ya savaş açmaq imkanlarına malik deyil: 

"Balaca Ukraynanı 4 ildir məğlub edə bilməyən bir ölkə NATO-ya qarşı hər hansı bir savaş aça bilməz. Rusiya bu gün o imkanlara sahib deyil. Bunu edərsə, Moskva əlində olanı da itərəcək. Moskva min kilometrlərlə uzanan NATO ölkəsi Finlandiya ilə sərhəddəki hərbi dairəni hələ də normal vəziyyətə gətirə bilməyib. Belə vəziyyətdə Rusiya NATO-nun hər hansı bir ölkəsinə hücum etsə, qurum üzvləri tərəfindən əks həmlə ilə qısa müddətdə Kalininqradı itirəcək. NATO generalları əbəs yerə deməyiblər ki, qısa müddətə Kalininqradı yer üzündən silə bilərlər".


Həmsöhbətimiz bildirir ki, hazırda Rusiya ətrafında ciddi işlər gedir:

"Bununla onlar Rusiyanı ağıllı olmağa çağırıblar. İndi Rusiya ətrafında ciddi iş gedir. Artıq Slovakiya da duruş gətirməyərək, Moskvaya qarşı sanksiyaların 18-ci paketinə səs verib. Bu da onların Rusiyanın zəiflədiyini hiss etmələrinin nəticəsidir”. 

Qeyd edək ki, son zamanlar bir sıra Qərb rəsmiləri bir neçə ildən sonra Rusiyanın NATO-ya qarşı müharibəyə başlayacağına dair müxtəlif proqnozlar verirlər. Onlar hətta Litva, Estoniya kimi NATO ölkələrinin Rusiya hücumuna məruz qalacağını iddia edirlər. Belə vəziyyət yaranarsa, aydın məsələdir ki, NATO-da cavab addımları atacaq. Bu halda isə artıq NATO deyil, Rusiya öz ərazilərinin müəyyən hissəsilə vidalaşa bilər. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyul 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri