Rusiya bu Qərb ölkələri ilə bağlı müqavilələri ləğv etdi
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya hökuməti Müdafiə Nazirliyinə bir sıra Avropa İttifaqı ölkələri ilə 1990-cı illərdə bağlanmış beynəlxalq müqavilələri ləğv etmək səlahiyyəti verib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı 3810-r nömrəli müvafiq sərəncam hüquqi aktların rəsmi nəşr portalında dərc olunub.
Sənədə əsasən, Almaniya, Polşa, Rumıniya və Çexiya ilə yanaşı, digər bəzi ölkələrlə imzalanmış razılaşmaların qüvvədən salınması nəzərdə tutulur. Həmin müqavilələr 1992–2002-ci illər arasında bağlanıb.
Ləğv edilən sənədlər siyahısına Bolqarıstanla imzalanmış müqavilələr, eləcə də Birləşmiş Krallıqla müdafiə məsələləri üzrə anlaşma memorandumu da daxildir. Qərarın konkret icra mexanizmləri və nəticələri barədə əlavə detallar açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az
Baxış sayı:114
Bu xəbər 20 Dekabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















