Icma.az
close
up
RU
Rusiya Cənubi Qafqazı əldən vermək istəmir AÇIQLAMA

Rusiya Cənubi Qafqazı əldən vermək istəmir AÇIQLAMA

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Rusiya Federasiyası Cənubi Qafqazdakı mövqelərini əldə verməyi həzm edə bilmir.
Modern.az xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqinin açıqlamalarında diqqət çəkir,
O bldirib ki, Rusiya Qafqaz dövləti hesab olunur və regiondakı proseslərlə sıx bağlıdır, buna görə də Cənubi Qafqaz onun üçün həyati əhəmiyyət daşıyır.
“Bizim maraqlarımız ondan qaynaqlanır ki, Rusiya sadəcə qonşu deyil, özü də Qafqaz dövlətidir. Regionun bütün ölkələri ilə bizi çox sıx tarixi və mədəni bağlar birləşdirir. Beş respublikadan dördü ilə müttəfiqlik münasibətləri qurulub. Cənubi Qafqaz ölkələrinin hər biri üçün Rusiya əsas və ya əsas ticarət tərəfdaşlarından biridir. Regiondan bizim üçün əhəmiyyətli nəqliyyat marşrutları keçir. Dağ silsiləsinin o tayında proseslərin necə inkişaf etməsindən Şimali Qafqazdakı vəziyyət də böyük ölçüdə asılıdır. Bir sözlə, Cənubi Qafqaz bizim üçün həyati əhəmiyyət daşıyır”, - diplomat deyib.

Mixail Kaluqin bildirib ki, Rusiya regionda sülh tərəfdarıdır:
“Biz istəyirik ki, Cənubi Qafqaz iqtisadiyyatı sərbəst nəfəs alsın. Bu bizim üçün sərfəlidir”.

“Məhz buna görə də 2020-ci ildə Vladimir Putin Azərbaycan və Ermənistan arasında qan tökülməsinin dayandırılması məqsədilə şəxsi səylər göstərmişdi. Həmin vaxt Bakı ilə İrəvan arasında sülh prosesinin əsası qoyuldu. Proses artıq bir neçə mərhələdən keçib, lakin yenə də 2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmaları əsasında hazırlanmış yol xəritəsi çərçivəsində davam edir”, - deyə XİN departamentinin direktoru qeyd edib.

O əlavə edib ki, Moskvanın Cənubi Qafqazdakı maraqları sarsılmazdır və Qərb “gözəl sözlərə” baxmayaraq, Rusiyanı əvəz edə bilməyəcək.
“Vurğulamaq istəyirəm ki, Qərb gözəl bəyanatlarına baxmayaraq, nə təhlükəsizlik sahəsində, nə də iqtisadiyyatda yaxın perspektivdə Cənubi Qafqaz üçün Rusiyanı əvəz edə bilməz və edə bilməyəcək. Bizim regiondakı maraqlarımız isə sarsılmazdır”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri