Icma.az
close
up
RU
Rusiya daha çox canlı itki verir, yoxsa Ukrayna..? ARAŞDIRMA

Rusiya daha çox canlı itki verir, yoxsa Ukrayna..? ARAŞDIRMA

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“2026-cı ilin yanvar, fevral, mart aylarının hər birində 1.000, həmin ilin aprel, may, iyun aylarının hər birində isə 500 ukraynalı hərbçinin nəşinin verilməsi həm də onun əlamətidir ki, son üç ayda rusların irəliləmə tempi iki dəfə zəifləyib...”

Ukrayna Prezidentinin dedikləri ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi informasiya arasında belə bir ziddiyyətin səbəbləri nədir?..

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış tədqiqatçı Araz Şəhrilinin “Rusiya daha çox canlı itki verir, yoxsa Ukrayna..?” başlıqlı növbəti araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:

Ukrayna Respublikasının prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının müharibədəki itkiləri haqqında danışıb:

"Rusların ümumi itkisi 1.600.000 nəfərdir. Rusiyanın təxminən 700.000 hərbçisi həlak olub".

O, həmçinin Ukrayna Respublikasının itkiləri barədə məlumat verib:

"Düzünü desəm, bu mövzuda çox açıq danışmaq istəmirəm. Çünki ruslar ordumuzda nə baş verdiyini anlayacaqlar. Təxminən 50.000 hərbçimiz həlak olub, 400.000 nəfər hərbçimiz isə yaralanıb".

Amma maraqlıdır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təsbit etdiyi aybaay meyit dəyişmə statistikası tamamilə fərqli rəqəmləri ortaya çıxarır:

1) 2026-cı il yanvar ayının 29-da həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:

- Ukrayna Rusiyaya 38 rusiyalı hərbçinin nəşini qaytarıb. 

- Rusiya isə Ukraynaya 1.000 ukraynalı hərbçinin nəşini təhvil verib.

2) 2026-cı il fevralın 26-da həyata keçirilmiş.  

meyit mübadiləsi çərçivəsində:

- Ukrayna Rusiyaya 35 rusiyalı hərbçinin nəşini qaytarıb. 

- Rusiya isə Ukraynaya həlak olmuş 1.000 ukraynalı hərbçinin nəşini təhvil verib. 

3) 2026-cı il aprel ayının 9-da həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:

- Ukrayna Rusiyaya 41 rusiyalı hərbçinin nəşini qaytarıb. 

- Rusiya isə Ukraynaya 1.000 ukraynalı hərbçinin nəşini təhvil verib.

4) 2026-cı il may ayının 16-da həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:

- Ukrayna Rusiyaya 41 rusiyalı hərbçinin nəşini qaytarıb.

- Rusiya isə Ukraynaya 528 ukraynalı hərbçinin nəşini təhvil verib.  

5) 2026-cı il iyun ayının 18-də həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:

- Ukrayna Rusiyaya 33 rusiyalı hərbçinin nəşini qaytarıb. 

- Rusiya isə Ukraynaya 522 ukraynalı hərbçinin nəşini təhvil verib. 

6) 2026-cı il iyul ayının 16-da həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:

- Ukrayna Rusiyaya 31 rusiyalı hərbçinin nəşini qaytarıb.  

- Rusiya isə Ukraynaya 501 ukraynalı hərbçinin nəşini təhvil verib.

Ukrayna Respublikası prezidentinin dedikləri ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi informasiya arasında belə bir ziddiyyətin iki izahı ola bilər:

1. Rusiya ordusu sürətlə irəlillədiyinə görə Ukrayna ordusu özünün həlak olmuş hərbçilərinin nəşlərini döyüş mövqelərindən vaxtında təxliyə edə bilmir. Əslində, ruslar da müəyyən qədər itki verirlər. Amma təşəbbüs tam şəkildə Rusiya ordusunun əlindədir.

2. Ukrayna ordusu Rusiya ordusundan daha ağır itkilər verir. Hər ay stabil olaraq 500-1.000 nəşin itirilmiş mövqelərdə qalması o deməkdir ki, bundan da çox ukraynalı hərbçi aviasiya bombalamaları, artilleriya, dron və raket zərbələri, Ukrayna ordusunun əks-hücumları, rusların kəşfiyyat-təxribat əməliyyatları, eləcə də hər iki tərəf üçün nəticəsiz qalan mövqe döyüşləri zamanı həyatını itirir.

3. Təcrübədən bəllidir ki, adətən hücum edən tərəf müdafiə olunan tərəfdən bəzən 2-3 dəfə çox itki verir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi statistik göstərici (tərəflərin itkiləri arasında gördüyümüz kəskin fərq), sözsüz ki, ümumi vəziyyəti tam əks etdirmir. Nəzərə almalıyıq ki, Rusiya ordusu hər dəfə yeni mövqeləri ələ keçirəndə hər iki tərəf müəyyən itkilər verir. 

Bu zaman həm Rusiyanın, həm də Ukraynanın həlak olmuş döyüşçülərinin nəşləri rusların nəzarəti altına düşmüş məntəqələrdə qalır. BQXK-nin iştirakı ilə keçirilən meyit mübadiləsi zamanı isə təbii ki, yalnız ukraynalıların itkiləri barədə məlumatlar hesabata salınır. Rusiya hərbçilərinin nəşləri isə Ukrayna ordusunun uğurlu əks-hücumları və ya Rusiya ordusunun kəşfiyyat-təxribat dəstələrinə qarşı müvəffəqiyyətli əməliyyatları zamanı, yaxud digər obyektiv səbəblərə görə ukraynalıların nəzarət etdikləri ərazilərdə qalır.

Beləliklə, Ukraynaya qaytarılan nəşlərin sayına əsasən həm də Rusiya ordusunun irəliləmə tempi barədə fikir yürütmək olar. Məsələn, 2026-cı ilin yanvar, fevral, mart aylarının hər birində 1.000, həmin ilin aprel, may, iyun aylarının hər birində isə 500 ukraynalı hərbçinin nəşinin verilməsi həm də onun əlamətidir ki, son üç ayda rusların irəliləmə tempi iki dəfə zəifləyib.

Müəllif: tədqiqatçı Araz Şəhrili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Avqust 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri