Icma.az
close
up
RU
“Rusiya “Donetski tam azadetmə əməliyyatı”na başlaya bilər” KƏNAN NOVRUZOV

“Rusiya “Donetski tam azadetmə əməliyyatı”na başlaya bilər” KƏNAN NOVRUZOV

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“İndiki məqamda Rusiya daha çox öz şərtlərini diktə etmək istəyir və görünür ki, cəbhədəki strateji üstünlüyünə arxalanır”. 

Bu barədə Hurriyyet.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin siyasi eksperti Kənan Novruzov Rusiya prezidenti Vladimir Putinlə Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin 5 saatdan çox davam edən görüşü ilə bağlı danışarkən deyib. 
“Üstəlik ola bilsin, Kreml düşünür ki, ABŞ daha çox Rusiyayönümlü addımlara gedə bilər. Çünki tarixdə bəlkə də heç vaxt Vaşinqton Moskvanın maraqlarını bu qədər nəzərə almayıb. Ola bilsin ki, bu da bir az Moskvanı eqoya salır və daha çoxunu tələb edir və düşünür ki, bu cür danışıqlardan yayınmaqla, daha çox ABŞ onun nazı ilə oynayacaq, daha çox güzəştə gedə bilər”,-deyə ekspert əlavə edib.
K.Novruzov qeyd edib ki, ikinci bir məsələ Donetsklə bağlıdır: “Ümumiyyətlə, hazırkı danışıqlar prosesində əsas mübahisəli məsələ məhz Donetsklə bağlıdır. Çünki Donetskinin 20-25 faizi Ukraynanın nəzarəti alındadır. Ukrayna bunu güzəştə getmək istəmir. Rusiya isə bütövlükdə Donetski istəyir. Ehtimal edirəm ki, yaxın vaxtda Rusiya Donetsk istiqamətindəki əməliyyatlarını gücləndirərək, özlərinin belə adlandırdığı kimi, amma mənim dırnaq içi dediyim “Donetski tam azadetmə əməliyyatı”na başlaya bilərlər”. 
“Düşünürəm ki, proseslər hələ davam edəcək və biz bəlkə də yaxın bir həftə, on gün ərzində Ukrayna siyasi elitasında, o cümlədən prezident səviyyəsində ciddi kataklizmlərin şahidi ola bilərik”,-deyə ekspert vurğulayıb.
CAVİD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri