Icma.az
close
up
RU
Rusiya əlaltısı ilə saxta diaspor təşkilatı QURUR...

Rusiya əlaltısı ilə saxta diaspor təşkilatı QURUR...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılara aid olduğu iddia edilən yeni təşkilat yaradılıb və rəhbəri seçiblər. Belə ki, “Azərbaycanlıların Uralda Mədəniyyət, Gənclik və İdman Mərkəzi” adlı ictimai quruma Vidadi Mustafayevin sədrlik edəcəyi bildirilib. Vidadi Mustafayevin əvvəllər də bu təşkilatın prezidenti olduğu və indi faktiki olaraq bölgədəki diaspor işlərinin başında dayandığı iddia edilir.

Xatırladaq ki, bu ilin yayında digər diaspor qurumunun - “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlınski və onun oğlu saxlanılıb. Şıxlınski uzun illər Uraldakı azərbaycanlıların qeyri-rəsmi lideri hesab olunurdu. Lakin son dövrlər Vidadi Mustafayevlə onun arasında ciddi fikir ayrılığı yaranmışdı. Mustafayev həmkarını azərbaycanlıların problemlərinə biganə qalmaqda, gənclərlə iş aparmamaqda və diasporu kriminal dairələrin təsiri altına salmaqda ittiham edirdi.

“Biz artıq "diaspora" anlayışını ləğv etdik. Bu söz özünü doğrultmur. Mənim əsas məqsədim gənclərin düzgün tərbiyəsi, onların Rusiya cəmiyyətinə inteqrasiyası və qanunlara hörmətlə yanaşması olacaq”, - o deyib.

Qeyd edək ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

Modern.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, Şahin Şıxlinskinin qohumu Elçin Şıxlinski bildirib ki, Vidadi Mustafayev Rusiyada anadan olub və Azərbaycana aidiyyəti azdır.

“Özünün verdiyi müsahibələrdən bu aydın olur. Ümumiyyətlə, onun Azərbaycana aidiyyəti azdır. Təbii ki, Rusiya özünün əlaltısı olan diaspor qurmaq istəyir. Vidadi Mustafayev Şahin Şıxlinskinin qurduğu Azərbaycan-Ural təşkilatının rəhbərliyinə gətirilməyib.  Özünün “Azərbaycanlıların Uralda Mədəniyyət, Gənclik və İdman Mərkəzi” adlı ictimai qurumudur. Ruslar da deyir ki, bu diaspor olacaq. Orada istənilən təşkilat qurula, QHT qurular, özləri bilərlər. Amma Azərbaycan diasporu adlandırmaq doğru deyil”, - E.Şıxlinski əlavə edib.

Onu da qeyd etmək yerinə düşər ki, Vidadi Mustafayevin adı əvvəllər də hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. O, bir vaxtlar keçmiş deputat Andrey Zaşlyapinin Sverdolovsk vilayətində FTX (Rusiya Federal Təhlükəsizlik Xidməti) əməkdaşına rüşvət verməsi işi üzrə şahid qismində dindirilib.

Mustafayev həmin hadisə zamanı rüşvətin ötürülməsində vasitəçi kimi çıxış edib, lakin sonradan hüquq-mühafizə orqanlarına məlumat verərək istintaqa yardım göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri