Rusiya Ermənistanı hədələdi “iki stulda oturmaq” mümkün olmayacaq
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İrəvan Qərbin xeyrinə oynamağa başlasa, Rusiya Ermənistana verdiyi bütün “hədiyyələr”i və güzəştləri geri götürəcək”.
"AzPolitika" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Aleksey Çepa TASS-a deyib.
Çepa vurğulayıb ki, Ermənistan üçün eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi Birliyində olmaq, yəni “iki stulda oturmaq” mümkün olmayacaq:
“Onlar Rusiyadan bütün güzəştləri almaq, eyni zamanda Qərbin xeyrinə oynamaq istəyirlər. Qoy oynasınlar. Amma o zaman biz də təbii olaraq uzun illər ərzində həmin ölkəyə etdiyimiz bütün güzəştləri və “hədiyyələr”i geri götürəcəyik. Paşinyan üçün isə bu, çox çətin olacaq”.
Deputatın fikrincə, Ermənistan KTMT-dən çıxmaq istəsə, heç kim buna mane olmayacaq:
“Bunu heç kim etməyəcək, qoy özləri çıxsınlar. İstəmirlərsə, çıxsınlar. Kimsə kimsəni burada zorla saxlamır”.
Baxış sayı:144
Bu xəbər 25 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















