Rusiya Ermənistanla bağlı bu xəbəri təkzib etdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiyanın nəqliyyat naziri Andrey Nikitin Moskvanın Ermənistanın dəmir yollarını idarə etmək üçün konsessiyanı Qazaxıstanla təhvil vermək barədə danışıqlar aparmadığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, yerli KİV-ə bildirib.
“Birincisi, biz heç kimə güzəştə getməyi planlaşdırmırıq. İkincisi, Ermənistandakı tərəfdaşlarımız bu məsələni bizimlə müzakirə etməyiblər”, - Andrey Nikitin deyib.
Nazir Qazaxıstanla da bu məsələ ilə bağlı heç bir təmasın olmadığını vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyə ilə dəmir yolunun müvafiq hissələrini qısa müddətdə bərpa etməyi istəyib. Bu hissələr “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi üçün lazımdır.
Martın əvvəlində Nikol Paşinyan Rusiya ilə dəmir yolunun idarə olunmasını başqa ölkəyə, məsələn, Qazaxıstana, BƏƏ və ya Qətərə təhvil vermək barədə müzakirələr apardığını elan etmişdi./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 31 Mart 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















