Rusiya Ermənistanla boşanmanı sürətləndirməməlidir Rusiyalı ekspert
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Sergey Markedonov: "Paşinyan Aİİ sammitini niyə buraxır və İrəvan necə balans yaratmağa çalışır?"
"AzPolitika" Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQBMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, "Mejdunarodnaya analitika" jurnalının baş redaktoru, politoloq Sergey Markedonov Ermənistanın xarici siyasətindəki son gəlişmələri şərh edib.
Ekspert İrəvanın Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirakdan imtina etməsini və ölkənin Moskva ilə Avropa arasında manevr cəhdlərini təhlil edib.
Markedonovun sözlərinə görə, hazırda Ermənistanın xarici siyasətinin əsas açar sözü "diversifikasiya"dır. İrəvan Avropa vektorunu əsas götürərək keçmiş inteqrasiya prioritetlərindən getdikcə daha da uzaqlaşır. Bununla belə, Baş nazir Nikol Paşinyan Aİİ ilə münasibətləri tamamilə qoparmağa tələsmir:
"Seçkilər ərəfəsində kəskin geosiyasi dönüş etmək Ermənistan hakimiyyəti üçün təhlükəlidir. Çünki ölkə elektoratının mühüm bir hissəsi hələ də iqtisadi baxımdan Rusiya və Avrasiya məkanı ilə sıx bağlıdır."
Politoloq qeyd edib ki, may ayında İrəvanda keçirilən Avropa İttifaqı forumları, səsləndirilən səs-küylü bəyanatlara baxmayaraq, Ermənistana real inteqrasiya dividentləri qazandırmayıb. Proses daha çox bəyannamələr, niyyət məktubları və vizasız rejim əvəzinə növbəti viza hesabatının təqdim olunması ilə məhdudlaşıb.
Markedonovun fikrincə, Qərb hazırda İrəvana Avropa məkanına tamhüquqlu inteqrasiya mexanizmləri deyil, daha çox Avrasiyada "Rusiyanı cilovlamaq" üçün ideolojiləşdirilmiş bir platforma təklif edir.
Ekspert hesab edir ki, Rusiya Ermənistanla "boşanma" prosesini özü sürətləndirməməlidir. Onun qənaətinə görə, bu respublika Moskva üçün "hələ tam itirilməyib" və hətta Paşinyan komandasının gələcək mümkün uğurları belə Rusiya təsirinin tamamilə yox olması demək deyil.
Markedonov vurğulayır ki, bu gün İrəvana Aİİ-yə real alternativ deyil, yalnız "maksimum bəyanat və minimum öhdəlik" nəzərdə tutan "elitar ideoloji konstruksiyalar" təklif olunur. Bu səbəbdən Moskva emosional reaksiyalardan qaçmalı, öz gündəliyini irəli sürməli və "Ermənistanda öz nüfuzunu qoruyub saxlamaq üçün mübarizə aparmalıdır".
"AzPolitika.info"
Baxış sayı:131
Bu xəbər 16 May 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















