Rusiya Federasiyasının baş yepiskopu Sergey Ryaxovskidən AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar Rusiyanın yevangelist xristianlar ittifaqı adından və şəxsən öz adımdan ən dərin hüznlə başsağlığımı ifadə edirəm.
Biz, dindarlar belə ağır məqamlarda birliyin və dualarla dəstək verilməsinin vacibliyini daha çox anlayırıq. Həlak olanların yaxınları və xəsarət alanlar üçün kilsələrimizdə və evlərimizdə dualar edirik.
Uca Yaradan həyatını itirənlərin ailələrinə səbir, yaralananlara şəfa versin.
Sizinlə birlikdə kədərlənirik, dualarımız xalqınızladır.
Tanrı şəfaya, köməyə, qayğıya və təsəlliyə ehtiyacı olan hər kəsin yanında olsun!
Hörmətlə,
Sergey Ryaxovski
Rusiya Federasiyasının baş yepiskopu, Rusiya Federasiyası İctimai Palatasının üzvü, Rusiya Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















