Rusiya hərbçilərindən görünməmiş qəddarlıq Əsir götürülən uşaqdan “canlı sipər” kimi istifadə edilir
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Donetskin Kramatorsk rayonunun Şandriqolovo kəndində Rusiya hərbçiləri valideynlərini güllələdikləri bir qızı əsir götürüblər. Ukrayna tərəfinin məlumatına görə, azyaşlı uşaq hazırda rus qoşunları tərəfindən hücum əməliyyatlarında “canlı sipər” kimi istifadə olunur.
“AzPolitika” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun sözçüsü Aleksandr Borodin açıqlayıb. Onun sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib və dron vasitəsilə qeydə alınıb. Borodin bildirib ki, qız hələ də rus hərbçilərinin nəzarətində, işğal olunmuş binalardan birində saxlanılır: “Onu hücum dəstəsi yanında saxlayırlar ki, bizim qüvvə və vasitələrdən istifadəmizi xeyli məhdudlaşdırsınlar. Bu, faktiki olaraq uşağın canlı sipər kimi istifadəsidir”.
O əlavə edib ki, həmin dəstənin peşəkar hərbçilər deyil, çox güman, səfərbər olunmuş şəxslər və ya keçmiş məhbuslardan ibarət olduğu ehtimal olunur. Ukrayna tərəfinin yayımladığı radioəlaqə yazılarında rus hərbçilərindən birinin “qarşısına çıxanı öldürməyə hazır olmaq” barədə danışdığı eşidilir.
Ukrayna Ombudsmanı Dmitri Lubinets də hadisəyə reaksiya verib. O, Rusiya hərbçilərinin dinc sakinləri qətlə yetirməsi və uşağı girov götürməsi faktını pisləyib və məsələ ilə bağlı BMT-yə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 Sentyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















