Icma.az
close
up
RU
Rusiya ilə Azərbaycan barışır?

Rusiya ilə Azərbaycan barışır?

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı iki azərbaycanlının öldürülməsindən sonra pisləşələn Rusiya-Azərbaycan münasibətləri ötən ay ən gərgin dövrünü yaşayıb. 

Ancaq iki ölkənin  xarici işlər nazirlərinin  telefon danışığından sonra bu gərginliyin aradan qalxıb-qalxmayacağına dair suallar ortaya çıxıb.

Bu, bir müddətdir ki, münasibətlərində böhran yaşayan tərəflər arasında nazirlərin ilk təması sayıla bilər.

Xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov Cənubi Qafqazda baş verənləri və iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələri müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyi telefon danışığının Azərbaycanın təşəbbüsü ilə baş tutduğunu bildirib.

Bundan az əvvəl, Həştərxanda Azərbaycanın baş nazirinin müavini isə rusiyalı həmkrarı ilə iki ölkə arasında iqtisadi münasibətləri müzakirə eləyib.

Görüşün detalları barədə Azərbaycan hökuməti hər hansı məlumat yaymayıb.

Rusiya baş nazir müavini Aleksey Overçuk isə bildirib ki, azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşdə Azərbaycanla Xəzər dənizi üzərində turizm gəmiçiliyinin təşviqi barədə razılığa gəliblər.

O, hökumət saytında yazdığı açıqlamada qeyd edib ki, Rusiya bu il ilk dəfə olaraq Azərbaycanda illik 250 min qutu insulinin istehsalını da həyata keçirib.

Aleksey Overçuk bildirib ki, hazırda Azərbaycanda 1800 şirkət Rusiyanın maliyyəsi ilə fəaliyyət göstərir.

Onun sözlərinə görə, Bakı metropoliteninə 65 vaqonun verilməsi, Azərbaycanda Rusiya avtomobil istehsalçılarının fəaliyyətinin genişləndirilməsinin davam etdirilməsinə qərar verilib.

O cümlədən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmiryol daşımalarında güzəştli tariflərin tətbiqi və ticarətdə əsasən milli valyutalardan istifadə də davam etdiriləcək, – Overçuk qeyd edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Avqust 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see248

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see239

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see234

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see232

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see231

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see228

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see227

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see227

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see221

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see206

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see205

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see200

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see199

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see196

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see193

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see191

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see191

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see188

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see187

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri