Icma.az
close
up
RU
Tramp rəqibi ilə barışır

Tramp rəqibi ilə barışır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


ABŞ və Çin nümayəndələri Cenevrədə iki günlük danışıqların ardınca ticarət kəsirinin azaldılmasına dair razılaşmanı elan ediblər və detallar bazar ertəsi açıqlanacaq. Bu barədə danışıqlarda iştirak edən Amerika nümayəndə heyətinin rəsmilərinə istinadən “Reuters” məlumat yayıb. Qeyd olunub ki, razılaşma ABŞ-nin 1,2 trilyon dollarlıq ticarət kəsirini azaltmağa kömək edəcək. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ Çinə qarşı ciddi şəkildə mübarizə başlayıb. Çünki uzun illərdir ki, iki ölkə arasında ticarət kəsiri kəskin şəkildə artmışdı. ABŞ - nin Çinə ixrac etdiyindən daha çox məhsul idxal etməsi ölkənin iqtisadi dayanıqlılığını ciddi sual altına qoyurdu. Bu həmçinin ABŞ şirkətlərinin bir çox sənayə sahəsində Çin şirkətləri ilə rəqabəti uduzması gətirib çıxarırdı. Nəticə isə bəzi sənaye müəssisələrinin fəaliyyətini dayandırmasına və ölkədəki iş yerlərinin ixtisara düşməsinə səbəb olurdu. Belə bir razılaşma hər iki ölkəyə lazım idi və Pekinlə Vaşinqton çox da dərinə getmədən problemi həll edə bildilər. Razılaşmanın ABŞ üçün əhəmiyyəti daxili sənayesini qorumaq, ixracı artırmaq və istehsal sürətini geri qaytarmaqdır. Çinin bu razılaşmadan qazancı isə ticarət əlaqələrini qorumaq, iqtisadi sabitliyi saxlamaq və qarşılıqlı sürətdə iqtisadi təzyiqlərin azadılması olacaq ki, bu da Çin bazarında aktivlərin dəyər qazanması və bazarın canlanması baxımından önəmlidir. Hazırda məsələni praktiki həll etmək üçün ən böyük çətinlik məhz Çinin üzərinə düşür. Rəsmi Pekin həm ABŞ - dan daha çox mal alınmasını təmin etməli, həm də öz bazarlarına bu ölkənin şirkətlərinin girişini asanlaşdırmalıdır. İki dövlət arasında əldə edilən bu razılaşma qlobal bazarda sabitliyin qorunması və bir müddət əvvəl tariflərin qarşılıqlı artırılmasından sonra dəyər itirən səhmlərin yenidən qiymətinin artmasına səbəb olacaqdır. Ancaq razılaşmaya praktikada əməl etmək bir qədər çətindir. Nəzərə alaq ki, Çinin oturuşmuş bazar sistemi var və ona başqa ölkənin xeyrinə kənar müdaxilə ciddi problemlər yarada bilər. İstənilən halda, iki ölkə arasında əldə edilmiş bu razılaşma siyasi münasibətlər sistemində mühüm dəyişikləri özündə gətirəcək. Görünür ki, Donald Tramp ən böyük rəqibi ilə sonda əl sıxmağa qərar verib.
Zeynal Əmrəliyev politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 May 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri