Icma.az
close
up
RU
Rusiya ilə indiki şəraitdə heç bir razılaşma əldə etmək mümkün deyil AÇIQLAMA

Rusiya ilə indiki şəraitdə heç bir razılaşma əldə etmək mümkün deyil AÇIQLAMA

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib.

“Bunu düzgün hesab etmədim”,- deyə Tramp səbəbini belə izah edib.

Ağ Ev rəhbəri əlavə edib ki, Putinlə ünsiyyət “xoş keçsə də, nəticə vermir” və görüş gələcəkdə bərpa oluna bilər. Bəzi müşahidəçilər hesab edirlər ki, Trampın bu qərarı Amerikanın bundan sonra Ukraynaya daha çox yardım edəcəyi, bununla da müharibənin daha da uzanacağına dəlalət edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Donald Tramp hələ də Vladimir Putinin və ümumilikdə Rusiyanın siyasi təfəkkürünü düzgün dəyərləndirməyi bacarmayıb.

Xalidbəylinin sözlərinə görə, Tramp hələ də hesab edir ki, Putin danışıqlar zamanı verdiyi vədləri yerinə yetirə biləcək dövlət başçısıdır və Rusiya beynəlxalq hüquq normalarına riayət edən bir dövlətdir:

“Bu yanaşma ilə Tramp ciddi şəkildə yanılır. Çünki Putin indiyədək demək olar ki, verdiyi vədlərin heç birini yerinə yetirməyib, əksinə, həmişə situasiyalardan faydalanmağa çalışıb. Rusiya da tarixi boyunca beynəlxalq hüquq normalarını tanımayan, onları yalnız öz maraqları çərçivəsində icra edən bir dövlətdir”..

Elçin Xalidbəyli: Tramp hələ də hesab edir ki, Putin verdiyi vədləri yerinə yetirə biləcək dövlət başçısıdır

Politoloq hesab edir ki, Tramp bu dəfə reallıqla üz-üzə qalıb. Müsahibimiz qeyd edib ki, Putinin bir telefon zəngi ilə Ukraynanı Rusiyaya qurban verməyə hazır olan Tramp nəhayət, reallığı dərk etməyə başlayıb:

“Əgər bu dəfə vəziyyəti düzgün qiymətləndirə bilsə, başa düşər ki, Rusiya sadəcə manipulyasiya və stimulyasiya taktikalarını özü üçün məqbul sayır. Yəni indi bundan sonrakı mərhələdə əgər Tramp nəhayət ki, tərəddüdlərini bir kənara buraxarsa, ABŞ Rusiyaya qarşı daha sərt və dağıdıcı sanksiyalar tətbiq etməlidir. Bu sanksiyalar təkcə Rusiyanın özünü deyil, onun iqtisadi və ticarət tərəfdaşlarını da hədəfə almalıdır”.

Politoloq vurğulayıb ki, ən vacib məqamlardan biri də ABŞ-nin Ukraynaya hərbi dəstəyini davam etdirməsidir. Onun sözləronə görə, Ukraynaya göstərilən hərbi yardım artıq ABŞ üçün iqtisadi mənfəət də yaradır. Müsahibimiz izah edib ki, Ukraynaya verilən silahların dəyəri Avropa İttifaqı və NATO tərəfindən ödənilir:

“Bu baxımdan Kiyevin gözlədiyi uzaqmənzilli raketlərin Ukraynaya verilməsi vacibdir. Yalnız savaş meydanında məğlub olan Rusiya ilə sülh masası arxasında oturmaq mümkündür. Rusiya ilə indiki şəraitdə heç bir razılaşma əldə etmək mümkün deyil”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri