Tanınmış məhsul antisanitar şəraitdə hazırlanır? Qurumdan RƏSMİ AÇIQLAMA
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Belə ki, kadrlarda məşhur "MacCoffee" markalı qəhvənin antisanitar şəraitdə hazırlandığı iddia edilir. Videonun hansı ölkədə çəkildiyi məlum olmasa da, sözügedən məhsulun Azərbaycanda da satışda olması istehlakçılar arasında narahatlıq yaradıb.
Ölkə.az xəbər verir ki, Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Yalnız qəhvənin deyil, ümumiyyətlə, istehsal şəraiti məlum olmayan heç bir məhsulun istehlakı nə məsləhətlidir, nə də faydalıdır. Belə məhsullar insan sağlamlığına ciddi təsir göstərə bilər", - sakinlərdən biri bildirib.
"Bildiyimə görə, qəhvənin özü də insan sağlamlığına müəyyən qədər zərər verə bilər. Əgər istehsal şəraiti də antisanitardırsa, zərəri daha çox olar. Amma videonun süni intellekt vasitəsilə hazırlanması da mümkündür. Buna görə də məlumatı dəqiqləşdirmək lazımdır", - başqa bir sakin qeyd edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər bir neçə il əvvəl xarici ölkələrdən birində lentə alınıb. Hazırda isə video yenidən paylaşılaraq gündəmə gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 19 İyul 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















