Icma.az
close
up
RU
Rusiya ilə İran strateji tərəfdaşlıq sazişini niyə imzalaya bilmir: Müttəfiqlərin maraqları harada kəsişir?

Rusiya ilə İran strateji tərəfdaşlıq sazişini niyə imzalaya bilmir: Müttəfiqlərin maraqları harada kəsişir?

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rusiya və İran təxminən 1 ildir ki, strateji tərəfdaşlıq sazişini imzalaya bilmirlər. Rusiya və İran rəsmiləri oktyabr və noyabr ayında verdikləri açıqlamalarda sazişin bu ilin sonunda imzalanacağını deyirdilər. Alınmadı. İndi də gələn ilin yanvarında imzalanacağını deyirlər. Sazişin İran Prezidenti Məsud Pezeşkianın 2025-ci ilin yanvar ayında Moskvaya səfəri zamanı imzalanacağı proqnozlaşdırılır. Ancaq yenə də tam əminlik yoxdur. Birincisi, bölgədə hadisələr o qədər sürətlə cərəyan edir ki, Pezeşkianın məhz gələn ilin yanvarında Moskvaya rəsmi səfər edəcəyini söyləmək çətindir. İkincisi, İran hazırda enerji qıtlığı ilə üzləşib. Neft və qaz ölkəsi olan İranda işıqlar keçir, evlərin və müəssisələrin qaz təminatında uzun fasilələr yaranıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında poolitoloq Elxan Şahinoğlu deyib. 
O bildirib ki, hazırda Rusiya rəsmiləri Tehranda səfərdədir:
"Bu arada, Rusiya baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçuk Tehrana işgüzar səfərə yollanıblar. Yəqin strateji sazişin son bəndləri ətrafında müzakirələr aparacaqlar. Bəs niyə haqqında çox danışılan strateji sazişi imzalamaq çətindir və tarix hər dəfə təxirə salınır? Axı söhbət həqiqətən iki strateji tərəfdaşdan gedir. Rusiya və İranın beynəlxalq məsələlərə baxışları oxşardır, hər ikisi Qərbin sərt sanksiyaları ilə üzləşiblər. Bu iki ölkə İkinci Qarabağ müharibəsi zamanı Ermənistana hərbi texnikanın çatdırılmasında da sıx əməkdaşlıq ediblər. Rusiya və İran münasibətləri tarixində hər ikisi üçün daha bir önəmli hadisə baş verib. İran əvvəlcə Rusiyaya hərbi dronlar satmağa başlayıb, daha sonra Tatarıstanda birgə müəssisə işə düşüb. Belə olan halda strateji sazişin imzalanmasına nə mane olur?

Moskva ilə Tehran arasında hazırki əməkdaşlıq formatı 2001-ci ildə imzalanan sənəd üzərində qurulub. Bu qarşlıqlı münasibətlər və əməkdaşlığın prinsiplərini müəyyənləşdirən müqavilədir və hər 5 ildən bir uzadılır. Moskva və Tehran bir müddət sonra qərara gəliblər ki, bu müqavilə hazırki geosiyasi tələblərə və dərinləşən əməkdaşlığa cavab vermir. Hər iki ölkənin diplomatları və mütəxəssisləri 2022-ci ildən başlayaraq strateji saziş üzərində çalışmaları sürətləndiriblər. Sazişin imzalanmasının ləngiməsi İran tərəfinin sənədə hər dəfə yeni bəndlər təklif etməsi ilə əlaqəlidir. Təklif irəli sürüldükdən sonra onun Rusiya tərəfdən araşdırılması və qəbul olunması zaman tələb edir. İran tərəfinin irəli sürdüyü bəndlərin nədən ibarə olduğu barədə məlumat yoxdur".

Politoloq ehtimal edir ki, Tehran sonadək Moskvaya etibar etmir: "Tehranda düşünürlər ki, bir gün Rusiya-Ukrayna müharibəsi bitəcək və Kreml Qərblə münasibətləri normallaşdıracaq və Moskvanın Tehranla strateji tərəfdaşlığa ehtiyacı qalmayacaq. Ona görə Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki, Kreml imzalanacaq sənədə sadiq qalsın. Ancaq saziş və sənəddə yer alacaq bəndlər bölgədə yaranacaq yeni realıqlardan üstün olmayacaq. Həqiqətən Rusiya və İranın maraqları bir gün kəsişə də bilər. Hər iki ölkədə elə daxili hadisələr baş verə bilər ki, strateji əməkdaşlığın əhəmiyyəti azalacaq. Suriya buna nümunədir. Əsəd rejimi dövründəki Suriya İranın və Rusiyanın strateji müttəfiqi idi, indi isə Dəməşq Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurur".

Tehran,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Dekabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri