Icma.az
close
up
RU
Rusiya ilə İran bir birinə qarşı kəşfiyyat işini gücləndirib: Sözdə müttəfiqlərin məqsədi nədir?

Rusiya ilə İran bir birinə qarşı kəşfiyyat işini gücləndirib: Sözdə müttəfiqlərin məqsədi nədir?

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya və İran sözdə strateji tərəfdaş olsalar da, əməldə bir-birlərinə qarşı kəşfiyyat işini genişləndiriblər. Müttəfiq dövlətlər adətən bir-biri haqqqında kəşfiyyat məlumatları toplamağa çalışmır. Bu Rusiya və İrana aid deyil. Almaniyanın “Şpigel” dərgisində Rusiya kəşfiyyatına aid sənədlər yayılıb. Bu sənədlərdə Rusiya Federal Kəşfiyyat Xidmətinin İran ərazisində kəşfiyyat işini genişləndirdiyi yazılıb. Bunun da səbəbi odur ki, İran daha əvvəl Rusiya ərazisində kəşfiyyat işini genişləndirib.

Sənədlərdə İranın Rusiyadakı səfirlik əməkdaşlarının Rusiyanın elmi-tədqiqat mərkəzlərində çalışan alimlərlə təmas qurmağa çalışdıqları bildirilib. Məqsəd Rusiyanın müxtəlif sahələrdəki texnoloji sirlərini ələ keçirməkdir. Bunun qarşılığında Rusiya əks-kəşfiyyatı iranlı diplomatlara daha sıx nəzarət həyata keçirməyə başlayıb, kəşfiyyatı isə İran ərazisində fəaliyyətini genişləndirib.

O da məlum olub ki, Rusiya kəşfiyyat xidməti əməkdaşlarının 2022 və 2023-cü illərdə İsrailə səfərlərinin sayı artıb. Əlbəttə, bu o demək deyil ki, Rusiya İranın nüvə çalışmaları barədə məlumatları İsraillə bölüşüb. İsrailin özünün İranda kifayət qədər kəşfiyyat mənbəyi mövcuddur. Ancaq Rusiya və İsrail kəşfiyyat strukturları arasında əməkdaşlığın mövcudluğu barədə mülahizələr yürütmək olar. Bu isə İranı ciddi narahat etməlidir.

Görünür, İran Rusiyanın nüvə texnologiyalarını əldə etməyə çalışır. Kreml bundan xəbərdardır. Moskva İsrailin və ABŞ-ın İranı bombalamasının əleyhinə olsa da, Kreml Vaşinqton və Tel-Əviv kimi qonşuluğunda nüvə dövlətinin formalaşmasını istəmir. Hansı dövlət qonşuluğunda nüvə silahına malik dövlətin olmasını istəyər ki?

Politoloq Elxan Şahinoğlu, 

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://sitat.info
archiveBu xəbər 07 İyul 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri