Icma.az
close
up
RU
Rusiya ilə NATO arasında qlobal miqyaslı strateji qarşıdurma mövcuddur MÜNASİBƏT BİLDİRİLDİ

Rusiya ilə NATO arasında qlobal miqyaslı strateji qarşıdurma mövcuddur MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Son günlərdə “Hörümçək Toru” əməliyyatı kimi tanınan hadisə, həm dünya, həm də Azərbaycanın kütləvi informasiya vasitələrində geniş müzakirə mövzusuna çevrilmişdir. Bu əməliyyatın yalnız görünən deyil, həm də görünməyən geosiyasi və strateji aspektləri mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

O bildirib ki, əməliyyatın yüksək peşəkarlıqla həyata keçirilməsi göstərir ki, Rusiya Federasiyasının xüsusi xidmət orqanları bu proseslərdə passiv iştirakçı və ya səssiz müşahidəçi kimi davranıblar: "Bu, bir daha təsdiqləyir ki, hazırda Rusiya ilə NATO arasında yalnız lokal deyil, qlobal miqyaslı strateji qarşıdurma mövcuddur. Bu qarşıdurma bəzi parametrlərinə görə, artıq İkinci Dünya Müharibəsindən də genişmiqyaslı siyasi və texnoloji bir müstəviyə keçməkdədir.

Hadisə ilə bağlı məsuliyyəti Ukrayna Prezidenti Volodimir Zelenski öz üzərinə götürmüş, bu əməliyyatın bir ildən artıq müddətdə planlaşdırıldığını bildirmişdir. Lakin əməliyyatın hədəfləri və tətbiq olunan texnoloji səviyyə göstərir ki, bu, yalnız Ukraynanın təşəbbüsü deyil. Əməliyyat həm strateji, həm də taktiki baxımdan NATO bloku və xüsusilə ABŞ-ın rəhbərliyi altında uzunmüddətli hazırlıqla həyata keçirilmiş ola bilər.

Zelenskinin öz bəyanatında da vurğuladığı kimi, bu əməliyyatla bağlı ABŞ tərəfi məlumatlandırılmışdır. Xüsusilə, Prezident Baydenin hakimiyyətdə olduğu dövr ərzində planlaşdırıldığı iddia olunan əməliyyat yüksək səviyyəli kəşfiyyat məlumatlarının, peyk və texnoloji vasitələrin, informasiya müharibəsi alətlərinin tətbiq olunduğu mürəkkəb bir hərəkatdır. Əsas məqsəd isə Rusiyanın nüvə doktrinasına zərbə vurmaq, onun strateji imkanlarını zəiflətmək və psixoloji təzyiqlə qarşı tərəfi siyasi güzəştlərə məcbur etməkdir. Ukrayna bu prosesdə birbaşa iştirak etsə də, hadisələrin gedişi onu göstərir ki, bu ölkə daha çox vasitəçi rolundadır. Əməliyyatdan dərhal sonra Qərb mediasında Rusiyanın imicinə yönəlik informasiya hücumları həyata keçirildi. Bu isə əməliyyatın hərbi yox, həm də informasiya müharibəsinin tərkib hissəsi olduğunu təsdiqləyir. Eyni zamanda Böyük Britaniyanın dərhal hərbi təhlükəsizlik səviyyəsini yüksəltməsi, vəziyyətin nə qədər ciddi qəbul edildiyini göstərir. Bütün bu proseslər Rusiyanı zəiflətmək məqsədi daşısa da, unudulmamalıdır ki, Rusiya dünya miqyasında ən böyük nüvə potensialına sahib dövlətdir. Əgər bu kimi əməliyyatlar davamlı xarakter alarsa, Rusiya bu hücumları öz nüvə doktrinasına qarşı təhdid kimi dəyərləndirib adekvat cavab verə bilər. Bu isə yalnız Avropa üçün deyil, bütün bəşəriyyət üçün son dərəcə təhlükəli nəticələrə gətirib çıxara bilər.

Nəticə etibarilə, Rusiya-Ukrayna münaqişəsi fonunda həyata keçirilən bu cür strateji əməliyyatlar sadəcə regional qarşıdurma deyil, qlobal güc balansının dəyişdirilməsinə yönəlmiş böyük bir oyunun parçasıdır. Beynəlxalq ictimaiyyət bu gərginliyin nəticələrinin miqyasını düzgün qiymətləndirməli və daha rasional diplomatik həll yolları axtarmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri