Rusiya imperiyasına qarşı vuruşan və onu zəiflətməyə çalışan istənilən xalqa hörmət etmək lazımdır
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Politoloq Sahil İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Ukrayna Rusiyaya qarşı Azərbaycan üçün də döyüşür” deyənlər əslində imperiya siyasətinə sadiq qalan Rusiyanın Ukrayna üzərində qələbəsindən sonra Azərbaycanla münasibətlərdə gərginlik yarada bilməsi ehtimalından çıxış edirlər.
Politoloqun fikrincə, “Ukrayna Azərbaycan üçün vuruşur” məsələsinin qoyuluşu düzgün deyil: Ukrayna xalqı ilk növbədə özü üçün, öz ərazi bütövlüyü, suverenliyi, azadlığı üçün döyüşür. Amma Qərb, xüsusilə də Avropa, eyni zamanda, Amerika Birləşmiş Ştatlarının keçmiş Prezident administrasiyası açıq şəkildə deyirlər ki, "Ukrayna müharibəsi, həm də Avropanın müdafiəsi müharibəsidir". Sual oluna bilər ki, "o zaman onlar niyə Ukraynaya öz rəsmi qoşunlarını göndərmirlər?"... Belə görünür ki, onlar öz təhlükəsizliklərini Ukrayna xalqının qurbanları hesabına təmin etmək istəyirlər”.
Sahil İskəndərov qeyd edib ki, Ukraynaya silahların verilməsi və ümumi dəstəklə bağlı da Qərbin çox “kəndirbazlıqlar”ı olub: “Doğrudur, xeyli vəsait ayrılır. Amma həmin vəsaiti ayırmaqla onlar öz təhlükəsizliyini Ukraynanın hesabına təmin etmək istəyirlər. Ancaq məntiqlə danışsaq, “Ukrayna həm də Azərbaycan üçün döyüşür” deyənlərin fikrindən belə aydın olur ki, indi Rusiyaya qarşı müharibədə Ukrayna Azərbaycanın təhlükəsizliyini də təmin edir. Xeyr! Məsələyə nəzər salaq; Azərbaycanın torpaqları işğal altında olduğu zaman Ukrayna tərəfdən bizə nə kimi dəstək olub? İşğalçının kim olduğunu bildikləri halda istər Ukrayna, istər kollektiv Qərb tərəfdən nə kimi dəstək göstərilib? Həmin dövrlərdə Arsen Avakov adlı Bakı ermənisi vardı. Ukraynanın Demokratlar adminstrasiyası ona nazir vəzifəsi vermişdi. O da Ukrayna parlamentində deputat olduğu dövrdə “qondarma erməni soyqırımı” məsələsini qaldırmışdı.
Bəs o zaman Ukrayna rəsmiləri hara baxırdılar? O zaman Ukrayna rəsmiləri niyə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir önəmli dəstək vermirdilər? Bəli, həmin dövrdə Ukrayna tərəfdən Azərbaycana silah satılmayıb. Amma Ukrayna tərəfdən "pərdəarxası"ndan Ermənistana silahlar ötürülüb. Bəs buna necə qiymət verək? Yadınıza gəlirsə, İkinci Qarabağ savaşında Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən cəmi bircə bəyanat oldu. Həm də heç bir konteksdə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndiyi qeyd edilmədi. Bircə bəyanat oldu ki, “biz tərəfləri sülh yolu ilə problemin həllinə çağırırıq”. Yardım, dəstək və s. heç nə olmadı. Bütün bunlara baxmayaraq, məhz beynəlxalq hüquq prinsiplərini əsas tutan Azərbaycan Ukraynaya dəfələrlə humanitar yardım göstərib. Məsələn, Ukraynaya qaz göndərdi. Eyni zamanda Ukraynda SOCAR-ın şirkətləri, yanacaqdoldurma stansiyaları var. Azərbaycan hökuməti, məhz humanist prinsiplərdən yanaşaraq yardımlar edir, “Ukraynanın Azərbaycan üçün savaşdığı üçün” iddiasına əsaslanaraq etmir”.
Politoloq “Ukrayna Azərbaycan üçün savaşır” deyənlərin məntiqini də anladığını dilə gətirərək qeyd edib ki, Rusiya imperiyasına qarşı vuruşan, onun imperiya siyasətini bu və ya digər şəkildə zəiflətməyə çalışan istənilən xalqa hörmət etmək lazımdır.
“Azərbaycan dəfələrlə vurğulayıb ki, həm xalqımız, həm də hökumətimiz rəsmi qaydada Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Ukraynaya istənilən hərbi müdaxilənin beynəlxalq hüquqa zidd olduğunu deyir. Amma bu gün Azərbaycan Ukraynaya görə Rusiya ilə müharibə etməlidirmi? Rusiya ilə bizim aramızda gərginlik yaşananda Ukrayna tərəfdən biz hansı dəstəyi gördük?
Son zamanlar müşahidə edilən addımlarda rəsmi Kiyevin və onun arxasında duran qüvvələrin öz siyasi maraqları var. Bu gün Ukraynada, Qərbin özündə Azərbaycanı Rusiyaya qarşı müharibəyə sürükləməyə çalışan kifayət qədər qüvvələr var”-deyə Sahil İskəndərov bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 28 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















