Rusiya indi də bu ölkə vətəndaşlarını döyüşə yollayır
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Ukraynaya qarşı döyüşmək üçün Hindistan vətəndaşlarını cəlb etməyə davam edir. Dehli artıq rəsmi Moskvaya bunu dayandırmaq üçün müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
Bildirilib ki, ümumilikdə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ruslar ən azı 126 hindlini döyüşə cəlb ediblər.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval jurnalistlərə bildirib ki, məsələ Moskvadakı Rusiya hakimiyyət orqanları, həmçinin Rusiyanın Dehlidəki səfirliyində ciddi şəkildə qaldırılıb.
O vurğulayıb ki, ümumilikdə 96 hindistanlı Rusiya ordusunda xidmətdən qovulub, 12 nəfər həlak olub, daha 16 hindistanlı isə itkin düşənlər siyahısındadır və xəstəxanada bir nəfər də müalicə alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 11 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















