Icma.az
close
up
RU
Rusiya informasiya məkanında anti Azərbaycan təbliğatı isterik şəkildə davam edir

Rusiya informasiya məkanında anti Azərbaycan təbliğatı isterik şəkildə davam edir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Məlum Yekaterinburq hadisələrindən sonra Rusiya informasiya məkanında anti-Azərbaycan təbliğatı isterik şəkildə davam edir. Deputatlar politoloqlara, şovinist imperiyapərəstlər populistlərə qarışıb. Başlarını itiriblər, kimin ağzına nə gəlir, danışır. Qısası, it yiyəsini tanımır. Dur, deyən də yoxdur.
İndicə, sosial şəbəkə vasitəsilə, hansısa teleqramm kanalda, Azərbaycanın Balakən və Zaqatala rayonlarının Rusiyaya qaytarılması ilə bağlı absurd çağırışlar səsləndirilib. Bildirilir ki, “Dağıstanlı qardaşlarımızın ayağa qalxması üçün münbit şərait yaradılıb”. Bədbəxtlər, başa düşmürlər ki, dağıstanlılar bunların əməllərindən çoxdan beziblər.
Xüsusi vurğulamaq istərdim ki, kifayət qədər həyat və dövlət orqanlarında iş təcrübəm var. Məni təəccübləndirmək o qədər də asan deyil. Lakin, belə savadsız, cəfəng çağırışlar səsləndirən məxluqların fikirlərinə təəccüblənməmək mümkün deyil. Adam heç olmasa, xəritəni qabağına qoymalı, kor gözləri ilə görməlidir ki, Balakən və Zaqatala rayonlarının Dağıstana birləşdirilməsi fiziki cəhətdən belə qeyri-mümkündür. Arada, cüzi də olsa, kommunikasiya imkanlarının olmadığı, Böyük Qafqazın keçilməz silsilə dağları yerləşir. Balakənin mərkəzindən Dağıstanla sərhədə 40 km yol var. Oradan da, Dağıstanın ilk yaşayış məntəqəsinə dağ cığırları ilə 6 saatlıq yol var. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya-Azərbaycan dövlət sərhədlərinin delumitasiyası çoxdan başa çatıb. Dövlət başçıları tərəfindən təsdiq olunub.
Digər tərəfdən, bölgədə separatizmi bərpa etməyə çalışan həmin yaramazlara və onların himayədarlarına xatırlatmaq istəyirəm ki, Balakən və Zaqatala əhalisi hər zaman Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilib. Birinci və ikinci Qarabağ müharibəsində şəhidlər verib. 90-cı illərin əvvəllərində, dövlətimizin zəif vaxtında, bəlli xarici qüvvələr, orada yaşayan xalqları qarşı-qarşıya qoymağa çalışdılar. Müxtəlif dövlət proqramları hazırladılar. Hətta, bəzi ələ alınmış şəxslər vasitəsilə silahlı kriminal dəstələr yaratdılar. Ancaq, bütün cəhdlər boşa çıxdı, əhali birmənalı şəkildə dövlətimizə dəstək verdi. Bir dəfə də olsa, dövlətin əleyhinə fikirlər səsləndirilmədi.
Yeri gəlmişkən, düşünürəm ki, bir az bölgənin tarixinə baxmaq pis olmaz. Tarixi faktlar sübut edir ki, 19-cu əsrin əvvəllərindən başlayaraq, Azərbaycanda Çar Rusiyasına qarşı ən çox üsyanlar məhz, Şimal-Qərb bölgəsində baş vermişdir. Rus qoşunlarının komandanı, general Qulyakov Balakən döyüşlərində məhv edilmişdir. Bölgə işğal olunandan sonra, Balakənin mərkəzində böyük bir kilsənin tikintisinin qarşısı alınmış, Çar Rusiyasının, yerli əhalinin zorla xristianlaşdırılması planları
pozulmuşdur.
Qayıdaq müasir dövrümüzə. Rusiya-Ukrayna müharibəsi bir çox üstüörtülü məqamlara aydınlıq gətirdi. Onlardan biri, Rusiya Federasiyasına daxil olan milli azlıqların nümayəndələrinin kütləvi şəkildə müharibəyə cəlb olunması, ən təhlükəli ön xəttə göndərilmələridir. Təbii olaraq, ən çox itkilərə məruz qalan bəzi federasiya subyektləri açıq şəkildə etirazlarını bildirməyə başladılar. O cümdən qonşu Dağıstan, Şimali Qafqazın digər respublikaları ayağa qalxdılar. Mərkəzi hakimiyyət orqanlarına, şəxsən prezident Putinə ədalətsizliyə, ayrı-seçkiliyə son qoyulması üçün, əsgər anaları, ictimaiyyət adından müraciətlər olundu.
Kütləvi narazılıqlardan sonra hakimiyyət, müəyyən korrektələr etmək məcburiyyətində qaldı. Lakin, ümumi düşüncə dəyişmir. Televiziya kanallarında, rus şovinizmi təbliğ olunur, digər millətlərdən olan öz vətəndaşları belə, aşağılanır, təhqir olunur. Bütün bunlar, təbii ki, Rusiyadakı milli azlıqlar və Azərbaycan ictimaiyyəti tərəfindən yaxından izlənilir. Müvafiq nəticə çıxarılır.
Yekunda, Azərbaycanda separatizm toxumları səpmək istəyənlərə bir sözümü çatdırmaq istəyirəm. Əziyyət çəkməyin, tam əminliklə deyirəm ki, Balakən və Zaqatala rayonlarının əhalisi istisnasız olaraq, bir nəfər kimi, Azərbaycan dövlətinin yanındadır.
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyul 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri