Rusiya istintaqı niyə məhz AZAL təyyarəsinin vurulmasının ildönümündə bağladı? AÇIQLAMA
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi Rusiyanın AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı apardığı istintaqa xitam verib.
Belə ki, Azərbaycan XİN-nin 2025-ci ilin yekunlarına dair mətbuat konfransında Ceyhun Bayramov bildirib ki, Rusiya tərəfindən göndərilən məktubda cinayət işinin artıq bağlandığı qeyd olunub və bu, Azərbaycan üçün ciddi suallar yaradıb. Azərbaycan tərəfi bu cavabı araşdırıb və prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun şəkildə bitirilməsini gözlədiyini bildirib.
Rusiya niyə istintaqı məhz AZAL təyyarəsinin vurulmasının ildönümündə dayandırdı? Rəsmi Bakı bu qərarı qəbul etməsə, proses hansı mərhələyə keçə bilər?
Bakupost.az xəbər verir ki, Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:
"Rusiyanın AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı apardığı istintaqa xitam verməsi Moskvanın üzərinə götürdüyü öhdəliklərdən faktiki olaraq imtina etdiyini göstərir. Halbuki MDB dövlət başçılarının Düşənbə sammitində Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə açıq şəkildə söz vermişdi ki, hadisəyə görə məsul şəxslər cəzalandırılacaq və zərərçəkənlərə kompensasiya ödəniləcək.
Buna baxmayaraq, Rusiya istintaqı məhz AZAL təyyarəsinin vurulmasının ildönümündə dayandırdı. Bu addım Moskvanın məsələni bağlamağa və beynəlxalq-hüquqi məsuliyyətdən yayınmağa çalışdığını açıq şəkildə nümayiş etdirir. Beləliklə, Rusiya AZAL təyyarəsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəyinə dair açıq mesaj verdi.
Bu qərardan sonra Rusiyaya etibar və etimad məsələsi ciddi sual altına düşür. Prezident V. Putinin verdiyi vədlərin icra olunmaması Moskvanın siyasi etibarlılığının olmadığının göstəricisidir. Təbii ki, bu vəziyyət Rusiya - Azərbaycan münasibətlərində mövcud problemlərin davam edəcəyini göstərir və gərginliyin mənbəyi məhz Moskvanın davranışıdır".
Politoloq qeyd edib ki, Rusiyanın bu addımı təəccüblü deyil:
"Çünki Moskva son dövrlər Cənubi Qafqazda zəifləyən geosiyasi mövqelərini qorumaq üçün daha aqressiv və məsuliyyətsiz siyasət yürüdür. Lakin bu cür addımlar əks effekt yaradır və Rusiyanın regiondakı nüfuzunun daha da azalmasına səbəb olur.
Rusiya - Azərbaycan arasında yaranan problemlər təkcə ikitərəfli münasibətlərlə deyil, regionda gedən geniş geosiyasi proseslərlə birbaşa bağlıdır. Moskvanın verdiyi sözlərə əməl etməməsi isə bu problemləri daha da dərinləşdirir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Dekabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















