Icma.az
close
up
RU
Rusiya kəşfiyyatının “ nifaq alması” nəyə hesablanıb?

Rusiya kəşfiyyatının “ nifaq alması” nəyə hesablanıb?

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsinə ilyarım vaxt qalır. Əlbəttə, əgər növbədənkənar seçkilərin keçirilməsi zərurəti qaçılmaz olmayacaqsa. Hər iki varianta yalnız Ermənistanın deyil, Qərbin də, Rusiyanın da indidən ciddi şəkildə hazırlaşıdığı barədə məlumatlar yayılmağa başlayıb. Rusiya Kəşfiyyat Xidmətinin yaydığı məlumatdan bunu aydın görmək olar.

Rusiya kəşfiyyatının məlumatına görə, Vaşinqton Ermənistandakı hakimiyyəti “kifayət qədər etibarlı” hesab etmir və onu Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika adına”, Tiqran Xzmalyanın “Avropa Ermənistan Partiyası” və Levon Şirinyanın “Xristian Demokrat Partiyası” partiyalarının əhəmiyyətini artırmaqla gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, adları çəkilən partiyalar və liderləri Ermənistan cəmiyyətində ciddi nüfuza və reytinqə malik deyillər, elektorat bazaları da çox aşağıdır. Hətta, bu partiyaların birləşib içərilərindən birinin namizədliyini verməsi də uğur gətirməz. Bu mənada onların birləşib Paşinyana və ya onun komandasının populyar üzvlərindən birinə dəstək verməsi daha real nəticə verə bilər. Görünür, Ermənistandakı vəziyyəti dəyərləndirərkən Birləşmiş Ştatlar bu partiyaların “gücləndirilməsi” istiqamətində hərəkətə keçib və bu da Rusiya kəşfiyyatının diqqətindən qaçmayıb.

Qərb Paşinyana etibar etmir, yoxsa bu siyasəti yürütməklə Rusiyanın Paşinyana olan təzyiqlərinin hakimiyyət çevrilişi ilə nəticələnməməsi üçün onu hədəfdən yayındırır? Qərb bilir ki, Qarabağ məğlubiyyətindən sonra Paşinyan hakimiyyətini nə qədər qorusa da, cəmiyyətin əksəriyyəti onu məğlub olmuş rəhbər kimi qəbul edir və bu günədək hakimiyyətdə qala bilməsi, ona müxalif olan keçmiş prezidentlərə xalqın böyük nifrətindən qaynaqlanır. Ona görə də, Rusiyanın əsas dayaq qüvvələri olan Koçaryan və Sarkisyanın hakimiyyət uğrunda apardıqları mübarizələr iflasa uğrayıb. Rusiyanın təzyiqini azaltmaq və ya neytrallaşdırmaq üçün Paşinyan da ABŞ ilə razılaşdırılmış manevrlər edə bilərmi? Mümkündür. Qarşıdakı müddətdə Paşinyanın Rusiya ilə yaxınlıq görüntüləri nümayiş etdirməsinin şahidi ola bilərik. Təbii, bu fundamental yaxınlaşmalar olmayacaq, sadəcə Rusiya ilə bu ərəfədə gərginlik Paşinyana baha başa gələ bildiyindən situativ manevrlər edə bilər. Üstəlik, Paşinyan öz millətinin “zəif bəndini” yaxşı bilir, elə Rusiya da.

Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın məqsədinin “Ermənistanı tamamilə tabe etmək” olduğunu deyib. Eyni zamanda, Rusiya kəşfiyyatı hesab edir ki, Dövlət Departamenti unudur ki, “pul hesablamağı bilən” ermənilər son nəticədə onları təhdid edən zərəri dərk edəcəklər və ənənəvi regional əlaqələrin kəsilməsini qəbul etməyəcəklər. “Pul hesablamağı bilən”, yəni puldan ötrü, şəxsi mənafeləri naminə kasıb vətənlərini tərk edib dünyanın dörd bir tərəfinə, xüsusilə Rusiyaya səpələnən bu milləti Paşinyan da, Putin də yaxşı tanıyır. Bu sətirlər yazılarkən Lars yolunda Ermənistana məxsus 600 yük maşınının hava şəraiti ilə əlaqədar dayandığı barədə erməni mediasında xəbər yayılmışdı. Sabah hava yox, Rusiya bu yolu kəssə ermənilərin Paşinyana qarşı üsyanı qaçılmaz ola bilər. Ona görə də, Rusiyanı qıcıqlandıracaq hərəkətlərə yol verməmək üçün Paşinyan bu ərəfədə maksimum korrektli davaranarsa, bunu Qərbdən üz döndərmək kimi yox, ehtiyatlı manevr kimi  qiymətləndirmək olar.

Həm rusiyalı, eyni zamanda bizim də bəzi siyasi təhlilçilər Gürcüstanda Qərbin uğursuzluğu ilə Ermənistandakı mümkün perspektivi müqayisə edirlər və Ermənistanın Qərb yolundan dönəcəyini və ya  Ermənistanda Paşinyan hakimiyyətini əvəzləyəcək yeni Qərb yönümlü siyasi düşərgənin formalaşdıracağını vurğulayırlar. Şərhlərin tonundan da hiss olunur ki, müəlliflər belə bir perspektivə sevinclərini gizlətmirlər. Rusiya yönümlü müxalifətin və ya onlara loyal yanaşan sözdə qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi nə dərəcədə Azərbaycanın maraqlarına uyğundur ki, bəzi şərhçilərimiz proseslərə təqdiredici aspektdən yanaşırlar? Ermənistanın İvanişvilisi hələ ki, yoxdur.Vardanyanın simasında belə bir “milli qəhrəman” yetişdirmək istəyən Rusiyanın planları suya düşdü. İndi kimə “stavka” edə bilər Kreml? Parlaq, xarizmatik müxalif lider yoxdur. Qatil Koçaryanın oğlu Levon Koçaryanı deputatlığa yerləşdirməklə ondan lider düzəltmək istəyirlər, amma bu, quyuya su tökmək effektindən o yana olmadı. Keşişdən də bir şey çıxmadı. 

Rusiya kəşfiyyatının bu xəbəri yaymaqda məqsədi Paşinyan hakimiyyəti ilə ABŞ arasında nifaq salmaq, inamsızlıq, etimadsızlıq yaratmaqdır. İstinad etdiyi qüvvələrin zəifliyini nəzərə alıb mövcud hakimiyyəti özünə tərəf çəkmək məqsədi güdür. Qərb də, Paşinyan da bu gedişin əsil məqsədinin fərqindədirlər.

 İlham İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2024 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri