Icma.az
close
up
RU
Rusiya KİV: “Berezutskinin vəziyyəti düzəltməyə vaxtı var” İdman və Biz

Rusiya KİV: “Berezutskinin vəziyyəti düzəltməyə vaxtı var” İdman və Biz

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda çalışan rusiyalı baş məşqçilər vətənlərində mətbuatın diqqətindən kənar qalmır.

İdman.biz xəbər verir ki, ölkə xaricində çalışan həmyerlilərinə xüsusi yazı həsr edən Championat.com Vasili Berezutski və Kurban Berdıyevin fəaliyyətinə göz gəzdirib.

Şimallılar baş məşqçi kimi debütü “Sabah”da gerçəkləşən Berezutskiyə inanırlar: “Vasili MOİK, “Krasnodar” və “Şanxay Şenxua”da köməkçi kimi çalışdıqdan sonra, nəhayət ilk dəfə baş məşqçi kimi təyinat aldı. Xorvatiyalı Krunoslav Renduliçi istefaya göndərən Azərbaycanın “Sabah” klubu noyabrın 25-də rusiyalını komandanın “sükanı arxası”na gətirib. Berezutski yaxşı başladı: beş çempionat və kubok matçında - üç qələbə, heç-heçə və məğlubiyyət. Komandanın konkret məqsədi açıqlanmayıb. Lakin Berezutski onu ilk “üçlüy”ə çıxarsa, bu, artıq yaxşı nailiyyət olacaq. “Sabah” hazırda çempionatda 5-ci yerdədir və üçüncü pillədən altı xal geri qalır. Çempionat maya qədər davam edəcək, ona görə də Berezutskinin vəziyyəti düzəltməyə vaxtı var”.

Rusiyalılar “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin komandasını uğura daşıyacağı qənaətindədir: “2024-cü ilin yayında Berdyev Mahaçqala "Dinamo"sunda menecerlik işini dəyişərək yenidən məşqçiliyə qayıdıb. Düzdür, iş yeri seçimi bir az gözlənilməz oldu. 72 yaşlı mütəxəssis Azərbaycan təmsilçisi "Turan Tovuz"a rəhbərlik edir. Berdıyev yaxşı başladı: 18 turdan sonra komanda 3-cü yerdədir. Amma bunun maksimum olduğu görünür. “Araz-Naxçıvan” onlardan yeddi xal öndədirsə, “Qarabağ” hamıdan çox irəlidədir. Bununla belə, “Turan Tovuz” mövsümün sonunda bürünc qazansa, bu, artıq super nailiyyət olacaq. Axı, Tovuz təmsilçisi sonuncu dəfə 1995-ci ildə medal qazanmışdı. Yüksək diviziona qayıtdıqdan sonra isə klub ardıcıl olaraq ilk “üçlük”dən uzaq qalır”.

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümün ikinci yarısı bu gün start götürür. Berdıyevin komandası son oyun günündə “Kəpəz”in, Berezutskinin yetirmələri “Neftçi”nin qonağı olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri