Rusiya Kiyev və vilayəti kütləvi şəkildə atəşə tutub, evlər yanır
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fevralın 22-nə keçən gecə Rusiya qüvvələri dronlar və raketlərdən istifadə edərək Kiyevə kütləvi hücum həyata keçirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Hücum nəticəsində Svyatoşın rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, binanın damında yanğın yaranıb.
Paytaxtda hava həyəcanı elan olunub. Kiyev Şəhər Hərbi Administrasiyası paytaxtın yaxınlığında Rusiyay məxsus dronların qeydə alındığını bildirib. Sonra Ukrayna Hərbi Hava Qüvvələri Kiyevə qarşı təkcə pilotsuz aparatların deyil, həm də qanadlı raketlərin hücumunun davam etdiyini açıqlayıb.
Hazırda mümkün itkilər və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisə yerində təcili xidmət əməkdaşları işləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Fevral 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















