Rusiya Kiyevi 1212 ukraynalı hərbiçinin cəsədlərinin təhvil verilməsini pozmaqda ittiham edir
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, Rusiya artıq əvvəlcədən razılaşdırılmış mübadilə zonasına 1212 ukraynalı hərbçinin cəsədlərini soyuducularda göndərib.
Bundan əlavə, Ukraynaya 640 əsir haqqında ilk siyahı təhvil verilib.
“Lakin, Ukrayna tərəfi gözlənilmədən həm cəsədlərin qəbulunu, həm də əsir mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb. Onların danışıqlar qrupunun üzvləri niyə isə mübadilə məntəqəsinə gəlmədilər,” – deyə Medinski bildirib.
Ukrayna Koordinasiya Mərkəzi Rusiya tərəfinin bu ittihamlarını təkzib edib. Mərkəzin bəyanatında bildirilir ki, Rusiya tərəfinin açıqlamaları həqiqətə uyğun deyil və cəsədlərin təhvil verilməsinin tarixi razılaşdırılmayıb.
“Əsir mübadiləsi ilə bağlı – Ukrayna mübadilə üçün siyahılar təqdim edib, bu siyahılar İstanbulda keçirilən danışıqlarda razılaşdırılmış kateqoriyalara uyğun hazırlanıb. Rusiya tərəfi başqa siyahılar təqdim edib, bunlar razılaşdırılmış yanaşmaya uyğun deyil. Cəsədlərin repatriasiyası məsələsində – həqiqətən də razılaşma əldə edilib. Lakin tarix razılaşdırılmayıb. Tərəflər arasında qarşılıqlı razılaşdırılmış prosesin ardıcıl həyata keçirilməsi əvəzinə, Rusiya tərəfi bir tərəfli addımlara əl atıb,” – deyə bəyanatda qeyd edilib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 07 İyun 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















