Icma.az
close
up
RU
Rusiya məhkəməsi Haaqa tribunalının hakimi haqqında qiyabi həbs qərarı çıxarıb

Rusiya məhkəməsi Haaqa tribunalının hakimi haqqında qiyabi həbs qərarı çıxarıb

Rusiya məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı) hakimi Heykel Ben Mahfud haqqında qiyabi həbs qərarı çıxarıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Basmannıy Rayon Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov haqqında həbs qərarı çıxaran Haaqa tribunalının hakimi Mahfudu qiyabi həbs edib.

Məhkəmə həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin hakimini beynəlxalq axtarışa da verib.

seeBaxış sayı:40
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri